Xəbərlər
İridium və serum albumin xərçəng hüceyrələrini məhv edir.
Fev 07, 2019 | 15:06 / Maraqlı məlumatlar
Oxunub 123 dəfə

Alimlər aşkar etdilər ki, iridium işıq təsiri altında olanda xərcəng  hüceyrələrini  məhv edir. Qan proteinlərinin  (sadə zülallar) köməyi ilə onu lazım olan yerlərə nəql etmək olur.

Uorvik universitetin professoru Piter Sadler deyir: “Son dərəcə qəribədir ki, bu böyük protein xərcəng hüceyrələrinə nüfuz edərək iridiumu  ora  çatdırır, bu isə görünən işıq ilə aktivləşdirilərsə xərcəng hüceyrələrini selektiv şəkildə məhv edə bilir. Əgər bu texnologiya xəstəxanalarda tətbiq olunsa, xərcəngə qarşı təsirli ola bilər və kimyəvi terapiyanın yan təsirlərini azaltmağa kömək edə bilər.

Alimlər indi tədqiqatın çox erkən mərhələdə olduğunu və bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirirlər. Alınmış nəticələr «Angewandte Chemie International Edition» da nəşr olunub.

JURNALLAR
Faydalı linklər