Struktur.

Azərbaycan Respublikasında Mülki Müdafiə tədbirləri Azərbaycan Respublikası  Prezidentinin 30 dekabr 1997-ci il tarixində imzaladığı  «Mülki Müdafiə haqqında» 420-1Q saylı qanununun və bu qanunun tətbiq edilməsi barədə  18 aprel 1998-ci il tarixli 700 saylı və 15 iyul 2000-ci il  tarixli 375 saylı Fərmanından, Nazirlər kabinetinin 25 sentyabr 1998-ci il tarixli «Mülki Müdafiənin təmin edilməsi barədə» 193 saylı qərarından irəli gələn tələblərə əsasən həyata keçirilir.

Bu qanun və sərəncamlardan irəli gələn tələblərdən olan «Əhalinin mühafizəsinin təşkili» ən vacib məsələ kimi ön plana çəkilir.

Mövcud qanunvericiliklərə əsasən İnstitutun əməkdaş-larının MM-yə hazırlanması Rəhbərlik tərəfindən yaradılmış tədris qruplarında, MM planına əsasən təlim və məşqlər keçirməklə reallaşdırılır.

Aşağlda «Mülki Müdafiə haqqında» qanunundan mülki müdafiə anlamının açılışı verilir.

MÜLKİ MÜDAFİƏ - dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikası ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin  (Azərbaycan Respublikasının ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlü-kəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.

Maddə  1 . 1

JURNALLAR
Faydalı linklər