Gənc Alim və Mütəxəssislər Şurası

GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASI

2022

 

İnstitutumuzda ümumilikdə 97gənc fəaliyyət göstərir. Onlardan 68 nəfərini akademik hey­ət təşkil edir. Qalanları doktorant, magistrant, dissertant və digər vəzifələrdə çalışan­lardır.

 

Qrant layihələrdə iştirak

Hesabat ilində 10 layihədə 18 qrant iştirakçısı təmsil olunmuşdur. Onlardan 1-i beynəlxalq, 9-u yerli qrant layihəsidir. Gənclərimizdən Günel Əzimova beynəlxalq layihə olan Horizon-2020 layihəsinin icraçılarından biridir.

 

Patent, İxtira və Monoqrafiya

Ümumilikdə hesabat ilində gənclərin iştirakı ilə 8 patent yazılıb, onlardan ikisi çap olunmuş, 6-na isə müsbət rəy alınmışdır. Gənc alimlərin 130 elmi əsəri dərc olunub. Onlardan 21-i yerli, 56-sı beynəlxalq tezis, 29-u yerli, 24-ü beynəlxalq jurnallarda çap olunan məqalə­lər­dir.

 

Yerli və Beynəlxalq tədbirlərdə iştirak

Bu il üçün gənclərimiz müxtəlif tədbir və konfranslarda iştirak etmişlər. Gənclərimizdən k.ü.f.d Elmir Babayev Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş Respublika konfransında plenar məruzə ilə, 2-ci kurs magis­trantı Aygün Səfərli Bakı Dövlət Universitetində Akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş beynəlxalq konfransda məruzə ilə, həmçinin  Sevinc Cavadova Türki­yə­nin Ağrı vilayətində keçirilən kon­frans­da onlayn məruzə ilə, Günel Əzimova AMEA-nın Gəncə bölmə­sində keçi­rilən Respublika konfran­sın­da məruzə ilə çıxış etmişlər. 

 

Eyni zamanda gənc alimlərimizin müxtəlif ölkələrdə beynəlxalq sferada çıxışıları olmuşdur. İnstitutumuzun aparıcı elmi işçisi Elmir Babayev Bişkek, Moskva, Minsk, Nijni-Nov­qorod şəhərlərində beynəlxalq forumda iştirak etmiş, ölkəmizi layiqincə təmsil etmiş, alimlərlə elmi əlaqələri daha da möhkəmləndirmişdir.

Gənc alimlərimiz müxtəlif təlimlərdə iştirak etmiş və sertifikatlara layiq görülmüşlər.

 

Gənclərimizin təşkilatçılığı və iştirakı ilə baş tutan tədbirlər

Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə gənc alimlərimiz bir sıra vətənpər­vərlik ruhunda olan tədbirlərin keçirilməsində iştirak etmişlər.

 

(“Xocalı Soyqırımı”, 20 Yanvar, 26 İyun-“Silahlı Qüvvələr Günü”, 27 sentyabr-“Anım Gü­nü”,  8 noyabr-“Qələbə Günü”, H.Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olun­muş tədbir və s.).

 

Mədəniyyət günləri

Bu məqsədlə institutumuzun gəncləri Milli Azərbaycan Tarixi Muzeyi, H.Z.Tağıyevin ev muzeyi, Qobustan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyində olmuş və Azərbaycan Atabəylər dövləti sərgisində iştirak etmiş, milli-mədəni, tarixi irsimiz və dəyərlərimiz ilə yaxından tanış olmuşlar.

Vebinarlar

İnstitutumuzda Gənc Alim və Mütəxəssislər Şurası və Azərbaycan Kimya Cəmiyyətinin təşkilatçılığı ilə bir sıra vebinar və seminarlar keçirilmişdir. Onlardan “Sənayedə İnnovativ Kimya Texnologiyaları”, “Nanokimya və İnsan orqanizmində nanohissəciklərin müasir üsul­larla təyini” vebinarlarını, “Elektron Paramaqnit Rezonans Spektroskopiyası” adlı sem­inarı misal göstərmək olar. Vebinarlarda xaricdə yaşayan və elmdə öz sözünü demiş alimlərimiz gənclərə elm yolunda öz töhfələrini vermiş, öz bilik, bacarıqlarını gənclərimizlə bölüşmüş və qoyulan mövzu ətrafında geniş müzakirələr aparmışlar.

Açıq qapı günləri

Xətai rayon 249 nömrəli məktəbin şagirdləri institutumuzun laboratoriyalarında maraqlı təcrübələrlə tanış olmuş, təcrübələrin aparılmasında yaxından iştirak etmişlər. Həmçinin, Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələri institutumuzda gənc alimlərimizin rəhbərliyi ilə istehsalat təcrübələri keçmişlər.

Sosial layihələr

1 iyun “Uşaqların Müdafiəsi Günü” münasi­bətilə Uşaq sığınacağı-Reinteqrasiya Mərkə­

zin­­də və 2 Saylı uşaq evində yerləşdirilmiş kimsəsiz və valideyn himayəsindən məhrum

olan uşaq­larla elmi yaradıcı görüş keçir­mişlər. 

  

Maarifləndirmə

Gənc alimlərimiz Səttar Bəhlulzadə adına Xari­ci Dillər Təmayüllü Gimnaziyada məktəb­lilər üçün “Zərərli Vərdişlərlə Mübarizə”yə həsr olunmuş maarifləndirici görüş keçir­miş­lər. Alim­­lərimiz zərərli vərdişlərin insan orqa­niz­­minə təsirindən, həmçinin ətrafında olan insan­lara vurduğu ziyandan, eyni zamanda onun yaratdığı psixoloji təsirdən danışmışlar.

Asudə vaxtın səmərəli təşkili

Gənclər və İdman Nazirliyi, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Lənkəran, Qusar və Mingəçevirdə gənclərin asudə vaxtının səmərəli təşkilini təmin etmək  məqsədilə yay düşərgələri təşkil edilmiş və hər birində institutumuzun gəncləri aktiv iştirak etmiş, sertifikata layiq görülmüşlər.

Həvəsləndirmə və mükafatlar

2022-ci ildə İnstitutumuzun  bir sıra gəncləri ictimai və elmi fəaliyyətdə fərqləndiyinə görə mükafata layiq görülmüş və fəxri fərmanla təmin olunmuşlar. Gənclərimizdən Elmir Babayev Gənclər günü münasibətilə 2021-ci ildə  elmdə fərqləndiyinə görə Gənclər və İdman Nazirliyi, həmçinin Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və mükafata layiq görülmüşdür. Gənc alim Nigar İbrahimovaElnur Oruclu institutumuz tərəfindən elmdə fərqləndiyinə görə Fəxri Fərmana layiq görülmüşlər. Eyni zamanda Nigar İbrahimova AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

 

2022-ci il dekabrın 9-da Elmi Şuranın iclasında “ Şuşa İli”nə həsr olunmuş Gənc Alim və Tədqiqatçıların müsabiqəsində yüksək nəticə göstərdiklərinə k.ü.f.d. Elnur Oruclu və e.i. Günel Əzimova sertifikatla təltif olunmuşlar.

 

 

 

GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASI 

 

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası cari ildə bir sıra tədbirlər keçirmişdir. 

Cari ilin may ayında UFAZ-ın magistrantları ilə görüş keçirilmişdir. Görüşdə institutun qısa tarixi, əsas elmi istiqamətləri, aparılan tədqiqat işləri və əldə olunan nailiyyətləri haqqında, eləcə də burada çalışmış görkəmli alimlər haqqında magistrantlar məlu­matlandırılmış, institutun laboratoriyalarında  istifadə olunan müasir cihaz və avadanlıqlarla və onların  iş pinsipləri ilə, həmçinin İnstitut əməkdaşları tərəfindən aktuallıq kəsb edən istiqamətlər üzrə yerinə yetirilən və əldə edilən elmi nəticələrlə yaxından tanış olmuşlar.

25.11.2021-ci il tarixində AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və Azərbaycan Kimya Cəmiyyətinin (Azerbaijan Chemical Soci­ety) təşkilatçılığı ilə “Elmdə müvəffəqiyyətə səbəb olan əsas faktorlar: multidissiplinarlıq, əməkdaşlıq və effektiv ünsiyyət” mövzusunda vebinar keçirilib. Vebinarda ABŞ-da yaşa­yan, Emori Universiteti “Emerson adına Elmi Hesablamalar Mərkəzi”nin direktoru professor Camal Musayev “Elmdə müvəffəqiyyətə səbəb olan əsas faktorlar: multidissiplinarlıq, əməkdaşlıq və effektiv ünsiyyət” mövzusunda təqdimatla çıxış edib. Alim şəxsi təşəbbüsü ilə yaradılmış elmi mərkəzdən və orada həyata keçirilən müxtəlif istiqamətli tədqiqatlardan söz açıb.C.Musayev tədqiqat mərkəzinin nəzəri və kompüter kimyası, C-H rabitəsinin fəza funksionallaşdırılması, alternativ enerji, suyun katalitik çevrilməsi, fotokataliz sahəsində alınan nəticələrini auditoriyanın nəzərinə çatdırıb. Qeyd edək ki, professor Musayevin rəhbərliyi ilə aparılan tədqiqatların nəticələri hərbi sənayedə, farmakologiyada, alternativ və bərpaolunan enerji sahələrində geniş şəkildə tətbiq olunmaqdadır. C.Musayev birgə tədqiqat imkanları və gənclərin xaricdə təhsili barədə fikirlərini bölüşüb.

Cari ilin dekabr ayında İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilat­çılığı ilə “Davamlı inkişaf və ekologiya” mövzusunda vebinar təşkil olunub. Tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vebinarda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Elmir Babayev Heydər Əliyevin ekoloji siyasətinə dair ilk sənəd - Dayanıqlı inkişaf prinsiplərinə əsaslanan Azərbaycan Respublikasının ekoloji konsepsiyası barədə məlumat verib. O, konsepsiyada yer alan və respublikamızda ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplərdən bəhs edib. Daha sonra tədbirdə Almaniyanın “Helmholtz Munich” elmi-tədqiqat mərkəzinin əməkdaşı Dr. Gülçin Abbaszadə Alma­niyada çalışdığı mərkəz haqqında məlumat verib, daha sonra qlobal davamlılıq, iqlim dəyişikliyi, plastik tullantılar mövzusu ətrafında çıxış edib. Məruzəçi ekoloji problemləri və həmin problemlərin səbəb ola biləcəyi fəlakətləri xüsusi vurğulayıb, hər bir kəsin bu mövzuya həssas yanaşmalı olduğunu və üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetir­məli oldu­ğunu bildirib. AMEA-nın Kimya Elmləri Bölməsinə daxil olan Kimya İnstitutlarının və ölkənin müxtəlif elm-təhsil ocaqlarından gənc alim, tədqiqatçı, tələbə və hətta məktəbli həmvətənlərimizin iştirakı ilə keçirilən tədbir Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Cari ildə İnstitutun doktorantı Aynurə Rzayeva Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi çərçivəsində birgə doktorantura üzrə təqaüd proqramının qalibi olmuşdur. Həmin proqram çərçivəsində Aynurə Rzayeva iki il müddətində  Monpelye Universitetinin Aqro polimer mühəndisliyi və yeni texnologiyalar birgə tədqiqat birliyi laboratoriyasına ezam olunmuşdur.

Cari ilin dekabr ayında Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin gənclik, təhsil və elm ənənələri” mövzusunda tədbir keçirilmişdir.

Bundan başqa il ərzində İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası “20 yanvar”,  ”Xocalı soyqırımı “ kimi respublika əhəmiyyətli anım günlərinin İnstitutda qeyd edilməsi­nin təşki­lində aktiv iştirak etmişdir. 

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Həmrəylik Gününə həsr olunmuş

“Gənc Kimyaçıların Görüşü” adlı tədbir keçirilmişdir. 

27.12.2021-ci ildə AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnsti­tu­tunda bu təşkilatın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 31 dekabr Dü­n­ya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Gənc Kimyaçıların Görüşü” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Dilqəm Tağıyev açaraq gəncləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Akademik AMEA Gənc Alim və Mütəxəssislər Şurasının indiyə qədərki fəaliyyətinin qənaətbəxş oldu­ğunu vurğulayaraq bildirdi ki, yeni seçilən idarə heyəti və onun sədrindən daha yüksək nəticələr gözlənir. Dilqəm Tağıyev qeyd edib ki, hazırda elmə marağı olan gənclərin yetişdirilməsində AMEA geniş imkanlara malikdir, institutda gənc tədqiqatçıların yüksək səviyyədə elmi araş­dırmalar aparmaları üçün onlara hər cür şərait yaradılıb. Akademik ölkə başçısının gənclər siyasətinə uyğun olaraq respublika səviyyəsində gənclərə göstərilən hərtərəfli diqqət və qayğının, onlara verilən geniş imkanların gənclərin inkişafına, onların potensial qüvvə­sindən səmərəli istifadə olunmasına, hər gün yeni nailiyyətlər qazanılmasına geniş şərait yaradır. Akademik gənclərə yaradılan şəraitdən maksimum yararlanmağı, qrant layihə­lərində, xaricdə təhsil proqramlarında iştirak etməyi, xarici dilləri yüksək səviyyədə mənim­səməyi tövsiyə etdi.

 

Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Elmir Babayevin spikerliyi ilə davam edən tədbirdə “Ltscientific” şirkətinin texniki meneceri İsmayıl Qarazadə “Kimyəvi analizlərdə istifadə olunan cihazlara tələbat və  onların sıradan çıxmasına təsir edən fak­torlar”, ADNSU-nun tələbəsi Aygün Hüseynzadə “Neft-kimya məhsulları və ətraf mühit amili”, AMEA Aşqarlar Kimyası institutunun əməkdaşı Mir Əli İsakov “Teta dalğaların insan kimyasına təsiri”, ChampionX şirkətinin sahə rəisi Orxan Hacıyev "Müasir dövrdə sənayenin inkişafında kimyaçıların rolu", BDU-nun magistrantı Aysel Nəbiyeva “Karbonun vəsiyyəti” elmi və elmi-populyar mövzularda məruzələrlə çıxış etdilər. Məruzələr ətrafında geniş müzakirələr aparıldı, iştirakçıların çoxsaylı sualları cavablandırıldı.

 

Sonda AMEA İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev qonaqlara dəvətlərini qəbul edib gəldiklərinə görə təşəkkür etdi. O qeyd ki, dünya azər­bay­can­lılıarının həmrəylik günü fəlsəfəsi ilə səsləşən belə tədbirlərin keçirilməsi və qarşılıqlı görüşlərin  təşkili gənclər üçün elmi əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından faydalıdır. 

Qeyd edək ki, tədbirdə AMEA-nın Aşqarlar Kimyası, Polimer Materialları, Neft-Kimya Prosesləri, Radiasiya Problemləri İnstitutları, ADNSU, BDU, Azərbaycan Kimya Cəmiyyəti, AQTİ, LTscientific, CMT group EPO kimya, Evrika liseyi və s. təşkilatları təmsil edən gənc­lər iştirak etmişlər.

 

 

 

2008-ci ildən “Gənc Alimlər Şurası”, 2013-cü ildən isə “Gənc Alim və Mütəxəssislər Şurası” (GAMŞ) adı ilə fəaliyyət göstərən, bu şuranın yaradılmasında məqsəd, gənc alimlərin intellektual səviyyəsinin artmasına, onların arasından istedadlı gənclərin seçilməsinə, onların xarıci ölkələrdə elmi təcrübə əldə etməsinin təşkilinə, ingilis dili üzrə bilik və bacariqlarının artırılmasına, konfransların, seminarların və maraqlı görüşlərin keçirilməsinə yardım etməkdən ibarətdir. “Gənc Alim və Mütəxəssislər Şurası” institut rəhbər­liyinin dəstəyi ilə bir sıra tədbirlər həyata keçirmişdir:

- Institutda son illərdə ingilis dili klubu təşkil olunmuş və gənclər bu klubda maraqlı, elmi və digər mövzularda diskussiyalar aparmışlar. Hal-hazırda institutda ingilis dili kursu da təşkil edilmişdir;

                                           

GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASI 

      2019   

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası 2019-cu il üçün qəbul olunmuş plana uyğun olaraq institut rəhbərliyinin dəstətyi ilə fəaliyyətini davam etdirmişdir.

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və AMEA-nın qərar və sərəncamlarının, həmçinin dövlət proqramlarının icrasından irəli gələn gənc alim və mütəxəssislərlə bağlı bütün cari işlər KQÜKİ-nun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən yerinə yetirilmişdir.

01 mart 2019-cu il tarixində AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya institutunda  Elm Gününə və Dövri Sistemin 150 İlliyinə  həsr olunmuş Respublika Konfransı keçirilib.Tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitütinin  müəllim, magistr və tələbələri, eləcə də Z.Əliyeva adına Lisey, BDU-nun nəzdindəki Gənc İstedadlar Liseyi, Avropa Liseyi, 160 saylı Klassik Gimnaziya və Bakı şəhəri 192 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Sonda tədbirdə iştirak edən şagirdlərin "Fiziki-kimyəvi ana­liz", “Molekulyar maqnetiklər və keçiricilər”, “Nanostrukturlaşdırılmış  metal-polimer katalizatorları” və s. laboratoriyalara ekskursiyalar təşkil olunub və onlar üçün “Analitik kim­ya” laboratoriyasında bir sıra maraqlı əyəncəli təcrübələr əyani olaraq göstərilib. Müəllim və şagirdlər bu tədbirin onlarda və şagirdlərdə böyük təəssürat yaratdığını, nəzəri öyrəndikləri biliyin bilavasitə təcrübədə əyani gördüklərinin xoş olduğunu vurğulamışlar.

Sonda tədbirdə iştirak edən şagirdlərin "Fizi­ki-kimyəvi analiz", “Molekulyar maqnetiklər və keçirici­lər”, “Nano­struk­turlaşdırıl­mış metal polimer katalizatorları” və s.

laboratoriyalara eks­kur­si­yalar təşkil olunub və onlar üçün “Analitik kimya” labora­toriyasında bir sıra maraqlı əyəncəli təcrübələr əyani olaraq gös­tə­rilib. Müəllim və şagirdlər bu tədbirin onlarda və şagirdlər­də böyük təəssürat yaratdığını, nəzəri öyrəndikləri biliyin bila­vasitə təcrübədə əyani gördüklərinin çox xoş olduğunu vurğulamışlar.

Cari ildə İnstitutda keçirilən bir sıra beynəlxalq tədbir­lərin, o cümlədən Azərbaycan -İtaliya (09.04.2019), Bol­qarıstan-Azər­baycan(03.09.2019) birgə elmi seni­nar­­larının təşkilində və keçirilməsində İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası yaxından iştirak etmişdir.

  

2019-cu  ildə bir sıra məktəblərin, o cümlədən Bakı İstanbul Liseyi, Yasamal rayonu 286

saylı orta məktəbinin şagirdləri üçün “Açıq qapı”günləri və ekskursiyalar təşkil edilmiş, şagirdlər institutun  laboratoriyalarında quraşdırılan müasir cihaz və avadan­lıqlarla yaxın­dan tanış olmuş,onlar üçün əyləncəli təcrübələr nümayiş etdirilmişdir.

 

Məktəblilər üçün “Açıq qapı” günləri

 

 

 

Cari ildə Şura sədri Faiq Məmmədov Bakı şəhəri 298 və 151 saylı tam orta məktəb­lərində “Kiçik Akademiya”ların yaradılması və işinin təşkili prosesində iştirak etmişdir. Eləcədə 290 saylı məktəbdə yaradılan “Kiçik Akademiya”nın Kimya Bölməsinin rəhbəri və şa­girdləri ilə institutda görüş təşkil edilmişdir.

 

“Kiçik Akademiya”larla işin təşkili

 

Cari ildə Şura sədri Faiq Məmmədov Bakı şəhəri 298 və 151 saylı tam orta məktəb­lərində “Kiçik Akademiya”ların yaradılması və işinin təşkili prosesində iştirak etmişdir. Eləcədə 290 saylı məktəbdə yaradılan “Kiçik Akademiya”nın Kimya Bölməsinin rəhbəri və şa­girdləri ilə institutda görüş təşkil edilmişdir.

 


Tələbələr heyəti ayrı-ayrı vaxt­larda  İnstitutun laboratoriyalarında  istifadə olunan müasir cihaz və avadanlıqlarla və onların  iş pinsipləri ilə, həmçinin İnstitut əməkdaşları tərəfindən aktuallıq kəsb edən istiqa­mət­lər üzrə yerinə yetirilən və əldə edilən elmi nəticələr iləyaxından tanış olmuş.

Cari ildə İnstitut gənclərindən 1 nəfərUlduz Məmmədovafəlsəfə doktoru elmi dərəcə­sinə, 1 nəfər Səbinə Əliyevaisə dosent elmi adına layiq görülmüş və onlara  müvafiq diplomlar təqdim olunmuşdur.

İnstitutun 1 gənc əməkdaşı – kimya üzrə fəlsəfə doktoru Sevinc Osmanova “Elm Gü­nü”ilə əlaqədar keçirilən AMEA Rəyasət Heyətinin  “Gənc qadınlar elmdə”müsabiqəsinin qali­bi olmuşdur.

 

İnstitutun I kurs magistrantı Xədicə Rüstəmli“Magistr 2019”müsabiqəsinini həvəs­ləndirici mükafatına layiq görülmüşdür.

 

 

GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASI 

                                               2018   

Akademik M.Nağıyev adına  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütə­xəssislər Şurası  AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Rəyasət Heyəti tərəfindən təstiq olunmuş  fəaliyyət planına uyğun olaraq İnstitut rəhbərliyinin dəstəyi ilə 2018-ci ildə bir sıra elmi-ictimai tədbirlər həyata keçirmişdir.

Cari ilin aprel ayının 5-də İnstitutda Gənc Alim və Mütəxəssislər  Şurasının təşkilatçılığı ilə 195 saylı tam orta mək­təbin şagirdləri üçün “Açıq qapı” gü­nü keçirilmişdir. Hazırda ölkə­mizdə elmin, təhsilin inkişafı və onların mü­asir sə­viyyədə inteqrasiyası üçün böyük im­kanlar yaranmışdır və bu isti­qa­mət­də Aka­demiyada mühüm işlər görülür. Bu cür tədbir­lərin keçirilmə­sində məqsəd şagird­lə­rin dün­ya­gö­rüşünün formalaş­dırıl­ması, onlar­da kimya elminə marağın ar­tı­rılmasıdır.

Tədbir çərçivəsində şagirdlər üçün kim­ya fənni üzrə viktorina keçirilmiş və qaliblər tərifnamə ilə təltif olunmuşlar. Bundan başqa açıq qapı çərçivəsində məktəbli uşaqlar üçün  Şura üzvlə­rindən Samirə Məmmədova, Gül­şən Nəhmətova və Sevinc Osmanova tərə­fin­­dən müx­tə­lif maraqlı əyləncəli elmi şou­lar göstərilmiş, onların müx­təlif laboratori­yalara ekskursiyası təşkil olunmuşdur. Sonda  İnstitutun gənc alimi  Sevinc Osmanova  məktəb­lilər qarşısında “Zülallar, amintur­şuları və onların təbiətdə rolu” mövzu­sun­da məruzə ilə çıxış etmiş, uşaqları ma­raq­lan­­dıran sualları cavablan­dır­mışdır.

 

19 sentyabr 2018-ci il tarixində  M.V.Lo­mo­no­sov adına Moskva Dövlət Univer­sitetinin Bakı filialının bir qrup tələbəsi üçün institut rəhbərliyinin dəstəyi və Gənc Alim və Mü­tə­xəssislər Şura­sının təşkilatçılığı ilə İnsti­tutda ekskursiya təşkil olun­muşdur. 

Tələbələri qəbul edən AMEA vitse-prezidenti, institutun direktoru aka­demik Dilqəm Tağıyev öncə institutun qısa tarixi, əsas elmi istiqamətləri, apa­rı­­lan tədqiqat işləri və əldə olunan nailiyyətləri haqqında, eləcə də burada çalışmış görkəmli alimlər haqqında danışdı. Sonra akademik qeyd etdi ki, bu gün Azərbaycan təhsili və elmi qar­şı­sında duran əsas vəzifə - təhsilin və elmi tədqiqatların key­fiy­yətinin yüksəl­dil­məsi, ixtisaslı mütə­xəssislərin və elmi kadrların ha­zır­lanmasının təmin olun­masıdır. 

Son illər AMEA-da hə­yata keçirilən islahatların mühüm is­tiqa­mətlərindən birini elm və təhsilin inte­qrasiyası təşkil edir. M.V.Lo­mo­nosov adına Moskva Dövlət Univer­sitetinin Bakı filialının tələbələrinin institutda olmasından məmnun ol­du­ğunu bildirən akademik qeyd etdi ki, adı çəkilən Universitet sayılıb-seçilən təhsil ocaqlarından biridir və təhsil sahəsində böyük nüfuza malikdır. 

Sonra tələbələr institutda bir sıra labo­ratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə, müasir cihaz və avadan­lıqların iş prinsipi ilə tanış olublar.

  

Bundan başqa cari ildə BDU və Texniki Universitetin tələbələri  üçün institutda yay təcrü­bəsi təşkil olun­muşdur.  

Ötən ildə olduğu kimi, cari ildə də  İnstitutda Şuranın təşəbbüsü ilə “Fi­ziki-kimyəvi  analiz üsul­ları” semi­­narları  təşkil olunmuşdur. Seminar­larda gənc mütəxəssislər, dokto­rant­lar və magistrlər fəal iştirak etmişlər.

Oktyabrın 30-da görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Nağıyevin anadan olmasının 110 illiyinə həsr edilmiş konfrans keçirilib. Konfransın keçirilmə­sində Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri fəal iştirak etmişlər.

04-09 iyul 2018-ci il tarixdə AMEA Kimya Elmlər Bölməsi və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşki­lat­çılığı ilə kimya sahəsində tədqiqatlar aparan gənclər üçün “Gənc kimyaçıların yay məktəbi – 2018” adlı tədbir keçirilib.

Həmin tədbirdə İnstitutumuzun 10 fəal gənci iştirak etmiş, sertifikatla təltif olun­muşlar. Tədbir çərçivəsində kimyanın aktual mövzularına həsr olunan interaktiv müzakirələr təşkil olunub. Bir panel üzrə təşkil olunan müzakirədə İnstitutun apa­rıcı elmi işçisi, Şamo Tapdıqov  “Xitin və Xitozan: təbiətdən müasir bio­tex­nologiya və gen mühəndisliyinə qədər” mövzu­sun­da məruzə etmiş və gənclərin suallarını cavablandırmışdır.

 

AMEA  Rəyasət Heyətinin müvafiq qərarına uyğun olaraq institutda gənc mütəxəssislər, eləcə də doktorant və magistrlər üçün xarici dildən hazırlıq kurslarının təşkilində  Gənc Alim və Mütəxəssislər Şurası fəal iştirak etmişdir.

Institutun Gənc Alim və Mütəxəssislər  Şu­ra­sının təşkilatçılığı ilə cari ilin oktyabr ayı­nın 1-dən  20- dək   İnstitutda  “Akade­mik Murtuza Nağıyev” adına mükafatın veril­mə­si üçün gənc alim və mütəxəssislər arasında müsabiqə  elan edilmiş, 5 nəfər gənc tədqi­qatçı müsabiqədə iştirak üçün sənədlərini təqdim etmiş və onların elmi məruzələri dinlə­nilmişdir. İnstitut rəhbərliyinin əmri ilə yaradılan müsabiqə komissiyasının qərarına əsasən bu mükafata şura üzvü  İlahə Mehdiyeva  layiq görülmüşdür. Digər 4 gəncə isə həvəslən­dirici mükafat verilmişdir.

 

 

Gənc alim Şamo Tapdıqov AMEA-nın elmi-tədqiqat proqramı çərçivəsində 18.10.2018 tarixindən 28.10.2018-dək Almaniyanın Karlsruher Texnologiya İnstitutunda elmi eza­miyyətdə olmuşdur. 

Cari ildə Institut gənclərindən 2 nəfər SOCAR Elm Fondunun elan etdiyi müsabiqədə Xü­susi Layihələr (XL) istiqaməti üzrə, bir nəfər isə HM- Gənc alimlər üçün nəzərdə tutulan “həvəslən­dirici mükafat” istiqaməti üzrə qalib olmuşdur.

İl ərzində İnstitut gənclərindən  2 nəfər  fəlsəfə doktoru elmi  dərəcəsi almaq üçün disser­ta­siya müdafiə etmişdir.

Gənc Alim və Mütəxəssislər Şurası  “20 yanvar”,”Xocalı soyqırımı “kimi respublika əhəmiy­yətli  anım günlərinin İnstitutda qeyd edilməsinin  təşkilində aktiv iştirak  etmişdir.

 

2017-cı ildə Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti:

Akademik M.Nağıyev adına  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası  AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş  fəaliyyət planına uyğun olaraq İnstitut rəhbərliyinin dəstəyi ilə 2017-ci ildə bir sıra elmi-ictimai tədbirlər həyata keçirmişdir.

Cari il fevralın 12-də   Kaspi Liseyinin “Ağ şəhər“ filialının şagirdləri üçün “Açıq qapı” günü keçiril­mişdir. Tədbir çərçivəsində şa­gird­lər insti­tutun müxtəlif laboratoriyaları ilə tanış olmuş, müasir cihaz və avadan­lıqlar haqqında onlara məlumat verilmişdir.

İnstitutun alimləri və gənc mütəxəssisləri aparılan tədqiqat işləri, onların praktiki əhə­miyyəti və tətbiq perspektivləri barə­sin­də şagirdlərə geniş informasiya vermişlər. Bun­dan başqa şagirdlərə institutda vaxtilə çalışmış və hal-hazırda işləyən görkəmli alimlərin həyat və elmi fəaliyyətləri haq­qında da,  məlumat verilmişdiir.

Anoloji tədbir cari ilin aprel ayının 13-də institutda  Gənc  Alim  və Mütə­xəs­sis­lər  Şura­­­­sı­­­nın təşkilatçılığı ilə  Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin  şagirdləri üçün “Açıq qapı” günü keçiril­mişdir. Ha­zırda, ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanlar yaranmışdır və  bu isti­qa­mətdə akademiyada mühüm işlər görülür. Bu cür tədbirlərin keçirilməsində məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırıl­ması, onlarda kimya elminə marağın artırılma­sıdır.Tədbir çərçivəsində şagirdlər üçün kimya fənni üzrə viktorina keçirilmiş və qaliblər tərifnamə ilə təltif olunmuşlar. Bundan başqa açıq qapı çərçivəsində məktəbli uşaqlar üçün  Şura üzvlərindən Samirə Məmmədova, Gülşən Nəhmətova  və Sevinc Osmanova tərəfindən    müxtəlif maraqlı əyləncəli elmi şoular göstərilmiş, onların müxtəlif laboratori­ya­lara ekskursiyası təşkil olunmuşdur. Sonda  İnstitutun gənc alimi  Şamo Tapdıqov  məktəb­lilər qarşısında “Cansız  polimerlər canlı orqanizmlərdə”  mövzusunda məruzə ilə çıxış etmiş, onları  maraqlandıran sualları cavablandırmışdır. 

Eləcə də UNİCER özəl tam orta məktəbin şagirdləri üçün ekskursiya təşkil olunub.Baş tutan ekskursiya zamanı məktəblilərə institutun tarixi və burada aparılan tədqiqat işləri barədə məlumat verilib,  elmi müəssisənin laboratoriyaları ilə tanış olan şagirdlər üçün müxtəlif əyləncəli və maraqlı təcrübələr əyani göstərilib.

Bundan  başqa  məlum olduğu kimi,  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Təhsil Nazirliyinin birgə təşəbbüsü və AMEA  Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Bakıda yerləşən orta məktəblərdə yaradılan istedadlı şagirdlərin "Kiçik Akademiya"ları fəaliyyət göstərir. Cari ildə Suraxanı rayonu Bülbülə qəsəbəsi 232 saylı və Səbail rayonu 162 saylı tam orta məktəblərdə bununla bağlı keçirilən tədbirlərdə İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri fəal iştirak etmişlər. Eləcə də, cari ildə    ali məktəb tələbələrinin  institutda yay təcrübəsi təşkil olunmuşdur.  

Ötən il olduğu kimi cari ildə də  İnstitutda Şuranın təşəbbüsü ilə “Fiziki-kimyəvi  analiz üsullarından” - Elektron  paramaqnit  rezonansı, İnfraqırmızı spektroskopiya, Ultrabənöv­şəyi  spektroskopiya,  Rentgenoqrqfik analizdən mühazirə və seminarlar  təşkil olunmuş­dur. Bu tip seminar və mühazirələrin keçirilməsində  məqsəd  gənc mütəxəssisləırin, o cüm­lə­dən doktorant və magistrlərin fiziki-kimyəvi analizin  nəzəri əsaslarının  mənim­sənil­məsi və əldə etdikləri  biliklərin praktik olaraq istifadəsini təmin etməkdən ibarətdir.

Noyabrın 21-də  görkəmli kristalloqraf alim, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun anadan olmasının 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilmişdir. Konfransın keçirilməsində Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri fəal iştirak etmişlər.

AMEA Rəyasət Heyətinin müvafiq qərarına uyğun olaraq institutda gənc mütəxəssislər, eləcə də doktorant və magistrlər üçün xarici dildən hazırlıq kurslarının təşkilində  Gənc Alim və Mütəxəssislər Şurası fəal iştirak etmişdir.

İl ərzində İnstitut gənclərindən 1 nəfər  elmlər doktorluğu,  2 nəfər isə   fəlsəfə doktorluğu üzrə dissertasiya işini müdafiə etmişdir. 4 nəfər dosent elmi adına layiq görülmüşdür.

İnstitutun elmi işçisi Natəvan Sultanova  son bir ildə əldə etdiyi  elmi nəticələrə görə   AMEA Rəyasət Heyətinin Fəxri fərmanına layiq görülmüşdür.

 

İnstitutun magistraturasının məzunu, kiçik elmi işçi  Nigar İbrahimova AMEA-nın magis­traturasında təhsil alan tələbələr arasında keçirilən  “Magistr-2017” müsabiqə­sinin  1-ci dərə­cəli diplomuna layiq görülmüşdür.  

İnstitutun Gənc Alim və Mütəxəssislər  Şurasının təşkilatçılığı ilə bu il noyabr ayının 1-də İnstitutda “Akademik Murtuza Nağıyev” adına mükafatın verilməsi üçün gənc alim və mütəxəssislər arasında müsabiqə  elan edilmişdir. Mükafatın əsasnaməsinə uyğun olaraq komissiya   namizədlərdən 1-nin fəaliyyətini yüksək  qiymətləndirmişdir. Elmi işçi Fidan İbrahimova elmi fəaliyyətdə fərqləndiyinə görə “Akademik Murtuza Nağıyev” adına mükafatın diplomu  ilə təltif olunmuş, iki gənc isə – elmi işçi Vüsal Əhmədov və kiçik elmi işçi Səbinə İsmayılova həvəsləndirici mükafata layiq görülmüşlər.

İnstitut gənclərindən 1 nəfər  elmlər doktorluğu,  2 nəfər isə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. 4 nəfər dosent elmi adı almışdır.

Cari ilin dekabr ayının 15-də Azərbaycan Cənc Alimlərinin I Qurultayı keçirilmişdir. Qurultayın keçirilməsində və təşkilində institutun Gənc Alim və Mütəxəssislər Şurasının  üzvləri fəal iştirak etmiş, Şuranın 3 üzvü qurultaya nümayəndə seçilmişdir.

Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri  “20 yanvar”,  ”Xocalı soyqırımı “ kimi res­pub­­­lika əhə­miy­yətli  anım günlərinin İnstitutda qeyd edilməsinin  təşkilində aktiv iştirak  etmişlər.

 

2016-cı ildə Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti:

Akademik M.Nağıyev adına  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Rəyasət Heyəti tərəfindən təstiq olunmuş  fəaliyyət planına uyğun olaraq İnstitut rəhbərliyinin dəstəyi ilə 2016-cı ildə bir sıra elmi-ictimai tədbirlər həyata keçirmişdir. 

 

Cari ilin may ayının 25-də İnstitutda   Gənc Alim və Mütəxəssislər  Şurasının təşkilatçılığı ilə Bakı Avropa Liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçirilmişdir. Hazırda AMEA-nın qarşısında duran əsas vəzifələrdən biri  elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun olaraq təkmilləş­dirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqidir. Belə tədbirlərin keçirilməsində məqsəd şagirdlərdə ilkin elmi dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılmasıdır.  Açıq qapı çərçivəsində məktəblilər  üçün “əyləncəli elmi şoular” keçirildi, onların müxtəlif laboratoriyalara ekskursiyası təşkil olundu. Sonda  İnstitutun gənc tədqiqatçısı Aygün İsazadə məktəblilər üçün “Kimya və həyat” möv­zusunda məruzə ilə çıxış etdi, onları maraqlandıran sualları cavablandırdı.

Cari ildə İnstitutda Şuranın təşəbbüsü ilə “Fiziki-kimyəvi analiz üsullarından” Elektron  paramaqnit  rezonansı, İnfraqırmızı spektroskopiya, Ultrabənövşəyi  spektros­kopiya, Nüvə maqnit rezonansı, Rentgenoqrqafik analizdən mühazirə və seminarlar təşkil olunmuşdur. Bu tip seminar və mühazirələrin keçirilməsində  məqsəd  gənc mütəxəs­sis­ləırin, o cümlədən doktorant və magistrlərin fiziki-kimyəvi analizin nəzəri əsaslarının  mənimsənilməsi və əldə etdikləri biliklərin praktik olaraq istifadəsini təmin etməkdən ibarətdir. Mühazirə və seminarlar İnstitutun bu sahədə ixtisaslaşmış mütəxəssisləri tərəfindən aparılmışdır.

Bu il 10–15 noyabrda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Gəncə şəhərində "XXI əsrdə dünya elminin inteqrasiya prosesləri" mövzusunda beynəlxalq forum keçirilmişdi. Forum çərçivəsində interaktiv müzakirələr təşkil olunmuş, beynəlxalq konfrans keçirilmişdir. Forumda Türkiyə, Makedoniya, Belarus, Rusiya, Polşa, Almaniya, Gürcüstan, Özbəkistan, İran, Pakistan, İraq kimi 14 ölkədən 28 xarici,  eləcə də Azərbaycandan  ümumilikdə 150-yə yaxın  gənc alim və mütəxəssis iştirak etmişdir. Onlar apardıqları elmi-tədqiqat işlərinin nəticələrini müzakirə edərək qarşılıqlı fikir mübadiləsi aparmışlar.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Faiq Məmmədov Forumun Təşkilat Komitəsinin üzvi  kimi Forumun yüksək səviyyədə keçirilməsində  fəal iştirak etmişdir. Konfrasda  İnstitutun 10-a  yaxın gənc alim və mütəxəssisi  apardıqları  elmi-tədqiqat işlərinə dair məruzələr etmiş və onların nəticələri konfrans materialları şəklində nəşr olunmuşdur.

Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası və AMEA Kimya Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə Bakı Avropa liseyində "Elm guşəsi"nin açılışı olub.

İnstitutun Gənc Alim və Mütəxəssislər  Şurasının təşkilatçılığı ilə bu il oktyabr ayının 1-dən noyabr ayının 1-dək İnstitutda “Akademik Murtuza Nağıyev” adına mükafatın verilməsi üçün gənc alim və mütəxəssislər arasında müsabiqə  elan edilmiş, 7 nəfər gənc tədqiqatçı müsabiqədə iştirak üçün sənədlərini təqdim etmişdir.

Həmin gənclər İnstitutun 80 illiyinə həsr olunmuş konfransda “Nağıyev qiraətləri” çərçivəsində məruzələr etmişlər. İnstitut rəhbərliyinin əmri ilə yaradılan müsabiqə komissiyasının qərarına əsasən bu mükafata şura üzvləri  Ülvi Nəcəf-Quliyev, Natəvan Soltanova, Elmir Babayev  və  Səadət Hümbətova layiq görülmüşlər.

15–16 noyabr tarixlərinndə  İnstitutun 80 illiyinə həsr olunmuş  Respublika  elmi konfransı keçirilmişdir. Konfransda  kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi və texnologiyası, qeyri-üzvi kimya sahələri üzrə son illərdə respublikada aparılan elmi – tədqiqat işlərinin nəticələri və gələcək perspektivləri müzakirə olunmuşdur.Tədbir çərçivəsində müvafiq seksiyalar üzrə 25 şifahi məruzələ  dinlənilmiş, 185 poster nümayiş olunmuşdur. Konfransın yüksək səviyyədə keçirilməsində Gənc Alim və Mütəxəssislər Şurası da təşkilatçılardan biri kimi aktiv iştirak etmişdir.

Oktyabrın 31-dən noyabrın 5-dəkII Respublika  elm festivalı keçirilmişdir. Festivalın işçi qrupuna  İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri  Faiq Məmmədov daxil edilmiş və şura üzvləri festivalın keçirilməsində fəal iştirak etmişlər. Şura tərəfindən İnstitutun elmi-ictimai fəaliyyətini əks etdirən slayd-rolik və sərgi eksponatları hazırlanmış və festivalda nümayiş etdirilmişdir. Şura üzvlərindən Samirə Məmmədova, Gülşən Nəhmətova və Sevinc Osmanova festivalda  müxtəlif maraqlı əyləncəli elmi şoular göstərmişlər.

AMEA Rəyasət Heyətinin müvafiq qərarına uyğun olaraq institutda gənc mütəxəssislər, eləcə də doktorant və magistrlər üçün ingilis dilindən hazırlıq kurslarının təşkilində  Gənc Alim və Mütəxəssislər Şurası fəal iştirak etmişdir.

Bundan başqa Gənc Alim və Mütəxəssislər Şurası  “20 yanvar” ,”Xocalı soyqırımı “ kimi respublika əhəmiyyətli  anım günlərinin İnstitutda qeyd edilməsinin  təşkilində aktiv iştirak  etmişdir. 

                                                                                          2015-ci il

- 2015-ci ildən Şuranın təşəbbüsü ilə institutda "Fiziki-kimyəvi tədqiqat üsulları" mövzusunda mühazirə və seminarlar təşkil edilmişdir.

- Şuranın təşəbbüsü ilə, akademik M.Nağıyev adına mükafat təsis edilmiş və 2013-2015 illərdə 7 nəfər gənc alimə bu mükafat verilmişdir; 

- Şuranın təşkilatçılığı ilə H.Əlıyevin 90 illiyinə həsr olunmuş “Fiziki-kimyəvi analizin müasir metodları” (08.05.2013), “Müasir kütlə spektroskopiyasında son nailiyyətlər” (25.10.2013), ”Spektroskopiya və qaz xromotoqrafiyası sahəsində son nailiyyətlər” (18.06.2014), "Kütlə spektroskopiyası" (29.04.2015) adlı ümumrespublika konfransları keçirilmişdir;

- Şura AMEA GAMŞ-nın həyata keçirdiyi “Əyləncəli elm” və “Regionlarda elmin təbliği” və s. layihələrdə fəal istirak edir. 

Gənc Alimlər Şurası "Əsrin müqaviləsi"nin 20 illiyinə və “Neftçilər Gününə” həsr olunmuş Gənc alim və mütəxəssislərin "Fundamental və tətbiqi elmlərin (yer, texnika, kimya) aktual problemlərinin həllində multi­dissp­linar yanaşmanın rolu” adlı I Beynəlxalq konfransın təşkilatçılarından biri olmuşdur. Bakı Elm festivalıda-2014 Şura üzvlərindən 10 nəfəri müxtəlif əyləncəli elmi proqramların keçrilməsində fəail iştirak etmişlər. İnstitutumuzun Gənc  Alimlər və Mütəxəssislər Şurası üzvlərindən 3 nəfəri AMEA RH-nin 28 may Respublika günü ilə əlaqədar olan qrant müsabiqəsində 1 nəfər 2-ci, 2 nəfər isə 3-cü yerə layiq görülmüşdür. ARDNŞ Elm Fondunun maliyyə dəstəyi ilə  “Əsrin müqaviləsi”nin 20 illiyi münasibəti ilə AMEA-nın Gənc alimləri arasında keçirilən müsabiqədə 1 nəfər 2-ci, 2 nəfər 3-cü yerin qalibi olmuşlar.

Azəbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun Gənc alim və mütəxəsislərinin qalibi olmuş 2 layihə (2015), üzrə elmi işlər hazırda yerinə yetirilir.

 

JURNALLAR
Faydalı linklər