Xəbərlər
İnstitutumuzun alimlərininin məqaləsi nüfuzlu jurnalda çap olunub.
Sen 13, 2021 | 11:33 / Nəşrlər
Oxunub 1778 dəfə

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev və İnstitutun bir qrup əməkdaşları Ülviyyə Məmmədova, Mirsəlim Əsədov, Aygün İsazadə, Nizami Zeynalov, Ofeliya Bədəlova, Şahin Bağırovun “Catalytic oxidation of n-hexane on immobilized manganese-containing polymer catalyst” məqaləsi Web of Science və Scopus beynəlxalq bazalarına daxil olan Journal of Chemical Technology and Metallurgy-da dərc olunmuşdur. 

Məqalədə daşıyıcı olaraq istifadə edilən, kvaternizə olunmuş tikilmiş və tikilməmiş poli-4-vinilpiridinə (P4VP) immobilizə olunmuş manqan kompleksindən ibarət yeni katalizatorlar əldə edilmişdir. Bu katalizatorlar n-heksanın maye fazalı oksidləşmə reaksiyası üçün sınaqdan keçirilmişdir. Tədqiqatlar 298-408 K temperatur aralığında, atmosfer təzyiqində və heksan: oksigen = 1: 3.38 molar nisbətlərində aparılmışdır. N-heksanın katalitik oksidləşməsi nəticəsində göstərilmiş məhsullar - heksan-1-ol, heksan-2-ol, heksan-3-ol, heksanal və heksanon əldə edilmişdir. Alınmış nəticələr göstərir ki, tikilməmiş və N, N/-metilen-bis-akrilamid (MBAA) ilə tikilmiş manqan tərkibli (5 küt. %) polimer katalizatorlar, n-heksanın oksidləşmə reaksiyasında yüksək aktivlik və selektivlik nümayiş etdirirlər. Tikilmiş və tikilməmiş MnP4VP katalizatozu ilə oksigen iştirakında n-heksanın, heksan-1-ol, heksan-2-ol, heksan-3-ol oksidləşmə reaksiyasının sürət konstantı və optimal (303-383 K) temperatur şəraiti müəyyən edilmişdir.

CATALYTIC OXIDATION OF N-HEXANE ON IMMOBILIZED MANGANESE-CONTAINING POLYMER CATALYST

Journal of Chemical Technology and Metallurgy, Vol. 56, İSS. 5, 2021, 979-987 Web of Science CA -0.8, Scopus, İF-1

Dilqəm B.Tağıyev, Ülviyyə A.Məmmədova*, Mirsəlim M.Əsədov, Aygün F.İsazadə, Nizami A.Zeynalov, Ofeliya T.Bədəlova, Şahin T.Bağırov

 

JURNALLAR
Faydalı linklər