Xəbərlər
Foto
Elmi Şuranın növbəti iclası keçirilmişdir
Okt 26, 2016 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 7690 dəfə

Bu gün AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclası AMEA Kimya Elmləri Bölməsinin akademik katibi,  İnstitutun direktoru, akademik  Dilqəm Tağıyev açdı. Akademik gündəlikdə duran məsələlərlə  bağlı Elmi Şuranın üzvlərini tanış etdi. Sonra akademik  “Kimya Elmləri Bölməsinin İnstitutlarında aparılan elmi tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” adlı məruzə ilə çıxış etdi. Məruzəçi kimya institutlarının yaranma tarixi, mərhələlərlə inkişafı, tətbiq olunan işlər, əldə olunan nailliyyətlər, bu institutlarda elmi tədqiqat işlərinin hazırki durumu, cənab prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 70 illik yubileyində kimyaçılar qarşısında qoyduğu məsələlərə və Respublika iqtisadiyyatına uyğun gələcək inkişaf perspektivləri barəsində məlumat verdi. Məruzə ətrafinda geniş müzakirələr aparıldı. Sonra akademik bildirdi ki, şöbə və laboratoriyaların illik hesabatına hazırlaşmaq lazımdır və hesabatların verilməsi  cari ilin noyabr ayının 21- dən başlanacaq. Daha sonra akademik Dilqəm Tagiyev institutun 80 illik yubileyinə  hazırlıqla bagli görülən işlərdən danışdı. Akademik bildirdi ki, institutun 80 illik yubileyinə həsr olunacaq konfransın açılışı noyabrın 15-də AMEA-nın əsas binasındakı Dairəvi zalda olacaq və hazırlıqlarla baglı işlərin hamısı vaxtında yerinə yetirilir.

JURNALLAR
Faydalı linklər