Xəbərlər
İnstitutun əməkdaşlarının " Electrochemical deposition of Sb2Se3 thin films semiconductor from tartaric acid solution." məqaləsi Bulgarian Chemical Communications jurnalında ( Scopus bazasına daxildir) dərc olunmuşdur
Sen 01, 2020 | 09:47 / Mühüm hadisələr
Oxunub 2157 dəfə

Tədqiqat işi, tartrat elektrolitindən Sb-Se nazik təbəqələrinin elektrokimyəvi çökdürülməsinə həsr edilmişdir. Potensiodinamik üsulla tədqiqatlar zamanı tsiklik voltamperometrik polyarizasiya əyrilərindən istifadə edilmişdir. Sb-Se nazik təbəqələri potensiostatik və qalvanostatik üsullarla müxtəlif metallic səthlər üzərinə çökdürülmüşdür. Polyarizasiya əyrilərinin təhlili və alınan nümunələrin rentgen analizi tədqiqat nəticəsində Sb2Se3-in əmələ gəldiyini göstərir.

V.A. Majidzade, A.Sh. Aliyev, D.B. Tagiyev. Electrochemical deposition of Sb2Se3 thin films semiconductor from tartaric acid solution. Bulgarian Chemical Communications, 2020, Volume 52, Special Issue E, pp. 62 – 67.

JURNALLAR
Faydalı linklər