Xəbərlər
Şəffaf taxtadan hazırlanan pəncərələr daha çox istilik və işıq generasiya edə bilər
Avg 18, 2016 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 3563 dəfə

Merilənd Universitetinin Ceyms Klark Mühəndislik Məktəbinin bir qrup tədqiqatçısı şəffaf taxtadan hazırlanan pəncərə modelini təqdim edib. Belə ki, bu materialdan hazırlanan pəncərələr evdə bərabər işıqlandırma və təbii istilik generasiya edir.

Tədqiqatçı qrupun rəhbəri Lianqbinq Hu bildirib ki, şəffaf taxtadan hazırlanan pəncərə ən az şüşədən hazırlanan pəncərə qədər evi işıqlandıra bilir, lakin ondan daha artıq istilik yaratmaq imkanına malikdir və zərbəyə davamlıdır. Şəffaf taxtanın hüceyrə strukturu əsl taxta parçasının tərkibi ilə eynidir. Orijinal versiyasından fərqli olaraq şəffaf taxta strukturunda yerləşən kanallar vasitəsilə günəş enerjisini bərabər paylaya bilir. Bundan əlavə, polimer tərkibə malik olması onu suya davamlı edir.

Tədqiqatçılar artıq materialın hazırlanması üzrə patent əldə ediblər.

sciencedaily.com

JURNALLAR
Faydalı linklər