Xəbərlər
Tədqiqatçılar seolitlərin əmələ gəlməsi prosesini aşkar etdilər.
Yan 17, 2020 | 15:08 / Maraqlı məlumatlar
Oxunub 723 dəfə

Amxerstdəki Massaçuset Universitetinin alimləri seolit kristallarının-katalizator və adsorbent kimi aktiv istifadə olunan mineralların-formalaşmasının əsasını təşkil edən prosesləri anlamaq üçün kombinə olunmuş səpələnmə spektroskopiyası, (yəni  Raman spektroskopiyası) metodunu və  kvant-mexaniki modelləşdirməsini tədbiq etdilər. Seolit kristalları başqa proseslərdən əlavə neftin benzinə və biokütlənin bioyanacağa çevrilməsində istifadə olunur. Onlar yer üzündə kütləsinə görə ən çox istifadə olunan katalizator hesab olunur, ona görə də onların əmələ gəlməsi mexanizmlərin kəşfi kimya sənayesi üçün böyük maraq doğurur.

Alimlər seolit kristallarının formalaşmasının etibarlı bir tədqiqat üsulunu tapdılar və onu təcrübədə tətbiq etdilər.

Bu yaxınlarda yaradılmış Raman spektroskopiyası metodu alimlərə seolitlərin tərkibində yeni növ nanoblokların – üç “körpüdən” (silisium- oksigen- silisiumdan) ibarət üçtsiklik halqa- aşkar edilməsinə imkan verdi.  Alimlər bu quruluşun yalnız varlığını göstərməmiş deyil, eyni zamanda atomlar arasındakı bucağı və fəzadakı vəziyyəti daxil olmaqla əsas parametrləri hesablamışlar .

Bu kəşf haqqında məqalə Yournal of the American Chemical Society-də cap edilmişdir.

JURNALLAR
Faydalı linklər