Xəbərlər
Foto
AMEA M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun akt zalında Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə iclas keçirilmişdir.
Fev 12, 2019 | 14:00 / Konfranslar, iclaslar
Oxunub 212 dəfə

İclasın gündəliyində duran əsas məsələ AMEA Rəyasət Heyətinin 14 dekabr 2018-ci il tarixli 17/5 saylı qərarının əməkdaşların nəzərinə çatdırılması olub. Tədbiri giriş sözü ilə açan M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Azad Həmkarlar ittifaqının sədri Arif Əfəndi  sözügedən qərar haqqında zalda oturanlara məlumat verdi, daha sonra “AMEA-nın əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə olunması Qaydaları” ilə tanış etdi. Məsələ zalda oturan əməkdaşların geniş marağına səbəb oldu, geniş və ətraflı müzakirələr aparıldı. Natiq çoxsaylı suallara ətraflı cavab verdi. Sonda Arif Əfəndi bu xidmətdən yararlanmaq istəyən əməkdaşlara müvafiq sənədlərlə İnstitutun Azad Həmkarlar Komitəsinə yaxınlaşmağı tövsiyə etdi.

JURNALLAR
Faydalı linklər