Kanadalı kimyaçılar "plastik" yarımkeçiricilər istehsalını sadələşdirdilər
May 03, 2018 | 09:51 / Maraqlı məlumatlar
May 03, 2018 | 09:51 / Maraqlı məlumatlar
Oxunub
4217 dəfə
Alimlər çoxlu, yeni sinif keçirici polimerləri kəşf ediblər, lakin bu materialların kütləvi sintezi ətraf mühitə zərər verə bilən bahalı katalizatorlar tələb olunduğu üçün hələ də problem olaraq qalır. Kanada kimyaçıları tərəfindən dərc olunmuş məqalədə degidratasiya metodu ilə sintezin onlar tərəfindən təkmilləşdirilmiş texnologiyası haqqında danışılır .
Professor Derek Şipper və onun Kanadanın Vaterloo Universitetindən olan tədqiqatçılar qrupu qoşulmuş polimerdən elastiki və davamlı yarımkeçiricilərin ən ucuz və ekoloji istehsal üsulunu tapdılar. Bu polimer metallar kimi elektrik cərəyanını keçirən üzvi materialdır.