Mart 01, 2017 | 10:35 / Maraqlı məlumatlar
Dallasdakı Texas Universitetinin tədqiqatçıları, atom qüvvə mikroskopunun (Atom Force Microscope, AFM) kiçik bir variantını yaratdılar. Çipin ölçüsü kiçik naminal pula bərabərdir. Ölçünün azalmasından başqa, müxtəlif materialların xassələrini müəyyən etmək üçün istifadə edilən cihazın qiymət cədvəli əsaslı dəyişiliklərə məruz qaldı. Bu isə onu hətta çox böyük olmayan elmi-tədqiqat və təhsil laboratoriyalari üçün daha əlverişli etmişdir.
Doktor Reza Moxeimani demişdir: “Standart atom qüvvə mikroskopu mürəkkəb elektronika, çoxlu sayda nəzarət zənciri və əks əlaqəli, yüksək keyfiyyətli aşağı səs gücləndiricili çoxlu mexaniki hissələrdən ibarət böyük və mürəkkəb alətdir.” “Biz mümkün dərəcədə bunu miniuma endirməyə və hamısını bir balaca çipin səthində yerləşdirməyə nail olduq”.