Magistratura

İNSTİTUTDA MAGİSTRATURA TƏHSİLİ 

2018

2016/2017- ci tədris ilində magistraturaya “Qeyri-üzvi kimya” ixtisaslaşması üzrə qəbul  olun­muş Oruclu Elmir Nəcəf oğlu və Ağazadə Aytən İsmət qızı magistra təhsil proq­ra­mı­nı başa vurmuş və yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçərək fərq­lənmə  dip­lomu  almışlar.

2017/2018-ci tədris ilində İnstitutun magistraturasına “Qeyri-üzvi kimya”, “Kimyəvi kinetika və kataliz” və “Fiziki-kimya” ixtisaslaşması üzrə 7 bakalavr qəbul olmuşdur. Magistrlar I kur­su  müvəffəqiyyətlə başa vuraraq yüksək təqaüdə layiq  görülmüşlər. Hal-hazırda  II kur­­sun III semestrində təhsil alırlar.

2018/2019-cu  tədris  ilidə  Azərbaycan Milli Elmlər Akademiyasının  Prezidentinin 12.09.2018-ci il tarixli №570 sərəncamı ilə İnstitutun  magistraturasına “Qeyri-üzvi kimya”, “Kimyəvi kinetika və kataliz”, “Fiziki-kimya”, “Yüksək molekullu birləşmələr kimyası”, “Neft-kimya  proseslərinin  riyazi  modelləşdirilməsi”  ixtisaslaşması üzrə 6  bakalavr  qəbul ol­muş­­dur.

2017

AMEA-nın Rəyasət Heyətinin 15 oktyabr 2014–cü il tarixli 153 nömrəli qərarı ilə Akade­miyada  magistratura təhsil pilləsinin yaradılması, İnstitutda elmlə təhsilin inte­qrasiyasına, gənclərin elmə cəlb edilməsinə və elmi kadr potensialının yüksək səviyyədə inkişafına səbəb olmuşdur. 2016/2017-ci tədris ilində magistraturaya “Qeyri-üzvi kimya” ixtisas­laşması üzrə yüksək balla qəbul olan bakalavrlar I kursu müvəffəqiyyətlə başa vuraraq, II kursun III semestrində təhsil alırlar. 2017/2018-ci tədris ilində  İnstitutun magistraturasına yüksək balla  7 nəfər (“Qeyri-üzvi kimya” ixtisaslaş­ması üzrə - 3, “Fiziki kimya” ixtisaslaş­ması üzrə - 2, “Kimyəvi kinetika və kataliz” ixtisaslaş­ması üzrə isə - 2) bakalavrlar qəbul olmuşlar.  2017-ci ildə İnstitutun “Kimyəvi kinetika və kataliz” ixtisas­laşması üzrə təhsil alan 3 magistr  magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişlər. 

2016 

AMEA-nın Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli 15/3 nömrəli qərarı ilə Akademiyada magistratura təhsil pilləsinin yaradılması, İnstitutda elmlə təhsilin inte­qrasiyasına, gənclərin elmə cəlb edilməsinə və elmi kadr potensialının yüksək səviyyədə inkişafına səbəb olmuşdur.

2015/2016-cı tədris ilində İnstitutun  magistraturasına “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə 3 bakalavr qəbul olunmuşlar. Magistrlər I kursu müvəffəqiyyətlə başa vuraraq (akademik göstərici) yüksək təqaüdə layiq görülmüşlər. Hal-hazırda II kursun III semestrində təhsil alırlar. 2016/2017-ci tədris ilində  magistraturaya “Qeyri-üzvi kimya” ixtisası üzrə yüksək balla 2bakalavr qəbul olunmuşdur: Oruclu Elmir Nəcəf oğlu, Ağazadə Aytən İsmət qızı (AMEA RH-nin 07.09.2016 il 10/2№li qərar).

AMEA-nın Rəyasət Heyətinin 19 oktyabr 2016-cı il tarixli 13/2 №li qərarına əsasən 2017/2018-cı tədris ili üçün  İnstitutun  magistraturasına  daha   ixtisasdan 8 yer üzrə qəbul planı təsdiq olunmuşdur.

2015

2015/2016-cı  tədris  ili üçün AMEA-nın  magistraturasına qəbul haqqında  Tələbə  Qəbulu üzrə Dövlət Komissiyasının 8/Q saylı 07.09 2015-ci il tarixli əmri ilə   və   Azərbaycan  Milli  Elmlər  Akademiyası  Prezıdentinin 10.09.2015-ci il tarixli  480 №li  sərəncamına  əsasən İnstitutun  magistraturasına “Kimyəvi kinetika və  kataliz” ixtisası üzrə (əyani) bakalavrlar qəbul olunmuşlar: İbrahimova Nigar Ziya qızı,  Bəhrəmov Eynulla Siyasət oğlu, Abdurəhmanova Nərmin  Ələsgər qızı.

İnstitutda  magistratura  təhsili  ilə bağlı  normativ-hüquqi  sənədlərə  uyğun  olaraq   tədris prosesi  təşkil  edilmişdir.

Magistrlərlə İnstitutun direktoru akademik Dilqəm Tağıyev görüş keçirmiş və qeyd etmişdir ki, işlərini səmərəli və vaxtında tamamlamaq üçün onlara hər bir imkan yaradılacaq.

JURNALLAR
Faydalı linklər