Xəbərlər
Moskva Dövlət Universitetinin (MDU) kimyaçıları qazların ayrılması üçün membran yaratdılar
Apr 18, 2019 | 13:05 / Maraqlı məlumatlar
Oxunub 357 dəfə

Kimyaçılar (MDU-nin kimya fakültəsi, MDU-nin material elmləri fakültəsi, REA-nın N.S. Kurnakov adına ÜQÜKİ) “kəsilmiş” karbon nanoborudan eləcə də Xammers metodu ilə sintez edilmiş qrafen oksiddən istifadə etdilər. Onlar alüminium oksid üzərinə oksid təbəqələri çəkdilər.

Onların indi aktiv şəkildə məşğul olduqları işin məqsədi qrafen oksidinin oksidləşmə dərəcəsinin onun nəql etmə xüsusiyyətlərinə təsirinin öyrənilməsindən ibarətdir.

Alimlər göstərdilər ki, 25-60 nm qalınlığında qrafen oksid təbəqələrindən hazırlanan membranlar suyun buxar və suda həll olan qazlara (CO2) qarşı nüfuz ediciliyə malik olmaqla, bir çox qazlara qarşı (metan, azot, oksigen, butan ) əngəlləyici təsir göstərir. Suyun polyar molekulları materialın layarası boşluğunda adsorbsiya olunaraq, qeyri-polyar molekulların membran vasitəsilə yayılmasının qarşısını alır. Onlar qrafen oksidindən su buxarını selektiv surətdə buraxmaq , azot, metan, butan və başqa qazları saxlamaq qabiliyyətinə malik membran yaratdılar.

Qazların ayrılmasının yeni sxemi boruya doldurmaqdan əvvəl qazların “qurudulması”nı əhəmiyyətli dərəcədə asanlaşdıra bilər. Tədqiqatın nəticələri Journal of Membrane Science nəşriyyatında çap edilib.

 

JURNALLAR
Faydalı linklər