Xəbərlər
Tullantıların emalı üçün qızıl katalizatorların effektivliyini artırmaq üsulu tapıldı
Apr 08, 2019 | 15:29 / Maraqlı məlumatlar
Oxunub 305 dəfə

Tomsk Politexnik Universitetinin (TPU) alimləri xarici həmkarları ilə birlikdə dərman, kimya və aqrokimya sənayeləri üçün qiymətli məhsulların istehsalında nanoölçülü qızıl katalizatorların istifadəsinin səmərəliliyini necə artırmağı öyrəndilər. Nanoölçülü qızıl katalizatorların unikallığı ondan ibarətdir ki, onlar super fəaldırlar və 150oC –dən aşağı temperaturda kimyəvi prosesləri surətləndirə bilirlər. Lakin katalizatorların ən səmərəli istifadəsi üçün alimlər verilmiş sistemlərin aktiv mərkəzinin təbiətini – heterogen katalizin əsas aspektlərindən birini müəyyənləşdirməli idilər.

Alimlərin fikrincə, aktiv mərkəzlərin təbiətinin dəqiq öyrənilməsi müxtəlif xassəli yüksək effektiv katalizatorların yönəlmiş sintezini aparmağa imkan verir.

Araşdırmanın nəticələri ChemCatChem jurnalında dərc edilib.

JURNALLAR
Faydalı linklər