Xəbərlər
Foto
İnstitutda “İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı” keçiriləcəkdir
Apr 05, 2019 | 14:00 / Konfranslar, iclaslar
Oxunub 349 dəfə

Bu gün AMEA-nın Kataliz və Qeyti-üzvi Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilmişdir. İclası AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev açdı. Akademik “Elm Günü” ilə əlaqədar keçirilən AMEA Rəyasət Heyətinin “Gənc qadınlar elmdə” və “Magistr – 2019” müsabiqələrinin nəticələri haqqında danışaraq qeyd etdi ki, İnstitutunun I kurs magistrantı Xədicə Rüstəmli  “Magistr – 2019” müsabiqəsinin həvəsləndirici mükafatına, institutun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Sevinc Osmanova isə "Gənc qadınlar elmdə" müsabiqəsinin  II yerinə layiq görülüblər. Akademik Dilqəm Tağıyev hər iki gənci Elmi Şura adından təbrik etdi və gəncləri belə müsabiqələrdə aktiv olmağa çağırdı.

Daha sonra akademik İtaliya ilə Azərbaycan arasında artan elmi əlaqələrdən danışaraq qeyd etdi ki, cari il aprelin 8 və 9-da Azərbaycan Milli Elmlər Akademiyası Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və İtaliya Milli Tədqiqatlar Şurası Polimerlər, Kompozitlər və Biomateriallar Institutunun birgə təşkilatçılığı ilə  “İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı” keçiriləcəkdir. Seminarda iki gün ərzində dördü İtaliyalı, ikisi institutumuzun alimləri tərəfindən olmaqla 6 məruzə dinləniləcəkdir. Akademik qeyd etdi ki, ötən ildə də, İnstitut və İtaliyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı belə bir tədbir baş tutub. Bu cür seminarların keçirilməsi kimya sahəsində əlaqələrin gücləndirilməsi baxımından önəmlidir.

JURNALLAR
Faydalı linklər