Xəbərlər
Moskva Dövlət Universitetinin alimləri silisium nanomaterialların qeyri- toksiki istehsal üsulunu tapdılar
Fev 26, 2019 | 14:21 / Maraqlı məlumatlar
Oxunub 3185 dəfə

Sənayenin müxtəlif sahələrində tələb olunan nanoquruluşlu silisiumun istehsalı zamanı, adətən, olduqca zəhərli ftor turşusu istifadə olunur.

Ftor turşusu ətraf mühit və insanlar üçün zəhərlidir.

MDU-nin əməkdaşları onun istifadəsinin qarşısını almaq üçün belə bir variant, ftor  turşusunu (HF) daha az zəhərli ammonium ftorid (NH4F) ilə əvəz edilməsi fikrini irəli sürdülər. Monokristallik silisium altlığın səthində silisium nanoliflərinin əmələgəlməsi mexanizmi elektrokimyəvi üsullarla tədqiq edilmişdir.

Alınan silisium nanoliflərin struktur və optiki xassələri öyrənilmiş və belə nanoliflərdən günəş batareyaları üçün anti-əksetdirici örtük yaratmağ mümkün olduğu söylənilmişdir.

Nəticələr "Frontiers in Chemistry" nüfuzlu beynəlxalq jurnalda dərc edilmişdir.

JURNALLAR
Faydalı linklər