Xəbərlər
Foto
Qabaqçıl sistem eyni zamanda elektrik və hidrogen istehsal edərək okeanları təmizləyir
Yan 24, 2019 | 13:41 / Maraqlı məlumatlar
Oxunub 5748 dəfə

Amerika və Cənubi Koreya alimlərinin kəşfi bir neçə problemin ideal həllidir: qurğu, okeanda həll olmuş qlobal istiləşmənin əsas səbəbi olan karbon qazından elektrik və hidrogen istehsal edəcəkdir.

Corciya ştatının Texnologiya Universiteti və Ulsan milli elm və texnologiya institutunun alimləri hidratasiya vasitəsilə 1000 saat ərzində CO2 konversiya reaksiyası zamanı davamlı olaraq elekrtik enerjisi və hidrogen istehsal edən bir hibrid sistem hazırlayıblar. Yəni, enerji istehsal edilməklə okeanlar təmizlənir. Bu barədə EurekAlert xəbər verir.

Sistem elektrodlara zərər vermədən 1000 saat davamlı işlədikdən sonra sabitliyini subut etdi. Alimlər əmindilər ki, elektrolitləri, ayırıcıları (separatorları) və katalizatorları gələcəkdə daha da yaxşılaşdıra bilərlər. Bu isə reaksiyanın səmərəliliyini artiracaqdır.

JURNALLAR
Faydalı linklər