Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Xocalı soyqırımının 26-ı ildönümü anılıb
Fev 26, 2018 | 11:41 / Konfranslar, iclaslar
Oxunub 2962 dəfə

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev Xocalı faciəsini insanlığa qarşı qətliam adlandırıb, bunun soyqırımı olduğunu deyib. Bildirib ki, o vaxt erməni hərbi birləşmələri Xocalı şəhərini yerlə-yeksan edərək soyqırımı törədiblər. Xocalida insanlar xüsusi qəddarlıqla qətlə yetiriliblər və biz, xüsusilə də gənclər bu faciəni unutmamalıyıq. Akademik, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası barədə danışıb və bildirib ki, gənclər bu işdə fəallıq nümayiş etdirərək dövlətimizin apardığı siyasəti dəstəkləyir, Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində mühüm əhəmiyyət daşıyan tədbirlər həyata keçirirlər. Ölkə Prezidenti İlham Əliyev tərəfindən faciənin bütün dünyada soyqırım kimi tanıdılması istiqamətində aparılan işlərə böyük dəstək verildiyini bildirən Dilqəm Tağıyev qeyd etdi ki, bütün bunlar gənclərdə mübarizlik əzmini, vətənpərvərlik hissini daha da gücləndirir.

Tədbirdə çıxış edən institutun Həmkarlar təşkilatının sədri, professor Arif Əfəndi, professor İxtiyar Bəxtiyarlı və başqaları ermənilərin Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətindən, Xocalı faciəsindən danışıblar və bu dəhşətli qətliamı törədənlərin öz layiq olduqları cəzalarını alacaqlarına inandıqlarını qeyd ediblər.

JURNALLAR
Faydalı linklər