Xəbərlər
Bilirsinizmi?
Sen 26, 2017 | 10:43 / Maraqlı məlumatlar
Oxunub 3361 dəfə

Antuan Lavuazye (Fransız inqilabından əvvəl Antuan Lorent Lavuazye, 1743-1794),  18-ci əsrin böyük kimyaçısı və fransız zadəganı olub, kimya və biologiyanın tarixində dərin iz qoymuşdur.  O “müasir kimyanın atası” kimi də tanınır. Hidrogen və oksigeni ilk dəfə element kimi tanıyan və adlandıran Lavuazyenin atom nəzəriyyəsinin başlanmasında da rolu olub. Təəssüflər olsun ki, digər fransız zadəganları kimi, Lavuazye də Fransa İnqilabı zamanı edam edilmişdir.

Lavuazye ilk təhsilini almağa 11 yaşında, 1754-cü ildə həmin dövrün ən görkəmli təhsil müəssisələrindən sayılan Parisdəki Mazarin kollecində başlamışdır. Atası və babası kimi hüquq təhsili alan Antuan 1763-cü ildə dərəcə almış və parlamentdə təcrübə keçmişdir. Buna baxmayaraq, Lavuazyenin marağı təbiət elmlərinə olmuş, o astronomiya, botanika, kimya və riyaziyyatı dərindən öyrənmiş, karyerasını bu yöndə inkişaf etdirmişdir.

Fəaliyyəti dövründə kimyaya bir çox yeniliklər gətirən Lavuazye başlıca tərcübələrini yanma prosesini öyrənməyə sərf edib. Oksidləşməni tədqiq etmək üçün havanın tərkib hissəsini öyrənən Lavuazye 1776-cı ildə bağlı qabda civəni yandırır və bununla da havanın kimyəvi element deyil, birləşmələrdən ibarət olduğunu sübuta yetirir. Antuan Lavuazye həmçinin kütlənin saxlanması qanununu sübuta yetirmişdir; heç nə itmir, heç nə yaranmır, yalnızca bir növdən başqa növə çevrilir. Başqa cür desək, reaksiyaya daxil olan maddələrin miqdarı reaksiyadan sonra alınan maddələrə (reagentlərə) bərabərdir. Bu, hal-hazırda müasir kimyanın əsas prinsipidir. Lavuazye həmçinin 1780-ci illərdə Morveau, Berthollet və Fourcroyla bərabər ilk kimyəvi nomenklaturanın da əsasını qoymuşdur.

Lavuazye kimyada tədqiqatlar aparan zaman o, həm də dövlət üçün işləyirdi. 1789-cu ildə Fransız İnqilabı başlayan zaman o, dövlətdəki postunu tərk etmir. 2 il sonra yeni hökumət onu əsassız yerə qanunsuz tütün satmaqda ittiham edir. Heç bir dəlil olmasa da, 8 may 1791-ci ildə Antuan Lavuazye gilyotin üsulu ilə edam olunur.

JURNALLAR
Faydalı linklər