Xəbərlər
Titandan "qızıl örtük"
Sen 14, 2017 | 10:20 / Maraqlı məlumatlar
Oxunub 3444 dəfə

Müasir elm və texnika ifratdərin vakuumsuz keçinə bilmir. Bu zaman havanın əsas komponentləri ilə möhkəm birləşən titan köməyə gəlir. Kamerada yerləşdirilmiş titan havada olan oksigen və azotla reaksiyaya girib, onları oksid TiO2 və nitrid TiNx (burada 0,58<x<1,00) son="" vakuum="" gəlir.<br="" əmələ="" ifratdərin="" nəticədə="" birləşdirir,="" şəklində="">Yüksək keyfiyyətli polad istehsal zamanı azotu və oksigeni kənarlaşdırmaq üçün titanın bu xassəsi istifadə olunur.

Ən möhkəm kimyəvi birləşmələrdən biri olan titan - nitriddən hazırlanmış incə «örtüklərin» istifadəsi daha perspektiv hesab olunur. Lazer texnologiyası vasitəsiylə, aşılanmağa davamlı və möhkəm səth almaq üçün, maraqlı cismin üzərinə 2-3 mkm qalınlıqlı titan – nitrid örtüyü çəkilir. Belə örtüyə malik alətlər - burğu və frezlər daha uzunömürlü olur və əmək məhsuldarlığını yüksəldirlər. Bu alətlər «qızıl suyuna salınmış» kimi görünürlər, belə ki, titan - nitridin rəngi qızılın rənginə oxşayır.
Müasir dövrdə titan - nitridi diş qapaqlarının və "qızılı" günbəzlərin hazırlanmasında daha geniş istifadə olunur. Məsələn, Moskvada Xilaskar Xrist kilsəsinin günbəzi tamamiylə titan - nitridlə örtülmüşdür və bu günbəz bir az kənarda yerləşən Kreml qüllələrinə nisbətən bir az qırmızıtəhərdir. Kreml qüllələri isə "qızıl suyu" ilə rənglənib.

JURNALLAR
Faydalı linklər