Xəbərlər
Kimyaçılar litium batareyaları üçün yeni material işləyib hazırlayıblar
İyn 16, 2017 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 1957 dəfə

M.V. Lomonosov adına MDU-nun Kimya fakültəsinin əməkdaşları Suçou Universitetinin alimləri ilə birlikdə yüksək effektə malik litium batareyaları yaratmağa imkan verən material işləyib hazırlayıblar. Tədqıqatlar, sonrakı emal olmadan enerji saxlama sistemlərində istifadə edilə bilən molibden sulfid və molibden oksid əsasında materialın işlənib hazırlanmasından ibarətdir.

Tədqiqatlar zamanı alimlər nümunələrin xarakteristikasını göstərmək üçün elektron mikroskopiyasının yeni üsullarından və səthin analiz üsulundan istifadə etmişdilər. Yeni material ucuz, yüksək effektli litium batareyaları yaratmağa imkan verəcək.

Bu cür elementlər telefonlarda, noutbuk və məişət texnikasında istifadə olunur.

JURNALLAR
Faydalı linklər