Xəbərlər
"Magistr-2017" müsabiqəsinin qalibləri mükafatlandırılıb
May 24, 2017 | 12:49 / Mühüm hadisələr
Oxunub 3856 dəfə

AMEA Rəyasət Heyətinin mayın 24-də keçirilən iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə "Magistr-2017" müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib.

AMEA prezidentinin 23 yanvar 2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2017” müsabiqəsi keçirilib. Müsabiqədə iştirak etmək məqsədilə AMEA-nın 45 magistrantı sənədlərini AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə təqdim edib.

Təqdim edilən sənədlərin təhlili AMEA prezidentinin 27 aprel 2017-ci il tarixli sərəncamı ilə yaradılmış Ekspert Komissiyası tərəfindən həyata keçirilib. Komissiya bir sıra meyarları, o cümlədən tələbələrin magistraturaya qəbul imtahanında topladığı balları, onların imtahan sessiyalarında qazandıqları ümumi orta müvəffəqiyyət göstəricilərini, yerli və xarici jurnallarda nəşr olunmuş elmi məqalələrini, təcrübəkeçməni, konfrans  və ictimai tədbirlərdə iştirakını nəzərə alıb.

Ekspert Komissiyası müsabiqə iştirakçılarının əldə etdikləri nəticələri qiymətləndirərək yekun rəy hazırlayıb və AMEA-nın prezidentinə təqdim edib.

AMEA prezidentinin 16 may 2017-ci il tarixli sərəncamına əsasən “Magistr-2017” müsabiqəsinin nəticələrinə görə 8 nəfər magistrant müvafiq yerlər üzrə mükafatlandırılıb.

İnstitutumuzun magistrantı İbrahimova Nigar Ziya gızına 1-ci dərəcəli diplom və 1500 manat pul mükafatı təqdim edilmişdir.

JURNALLAR
Faydalı linklər