Xəbərlər
Biz Con Dalton haqqında nə bilirik
May 18, 2017 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 2457 dəfə

Görkəmli ingilis kimyaçı və fiziki İqlsfilddə kasıb ailədə anadan olmuşdur. Kimyada atom anlayışının banisidir. İlk dəfə “atom çəkisi” movhumunu irəli sürüb, hidrogenin atom kütləsini birə bərabər götürərək, bir sıra elementlərinin nisbi atom və molekul kütləsinin cədvəlini tərtib etmişdir. Suyun, amonyakın, sulfat turşusunun və s.i. nisbi molekul kütləsini təyin etmişdir. 

O, kimyaya elementlərin simvollarını və birləşmələrin formullarını daxil etmişdir. Atom quruluşu nəzəriyyəsini irəli sürmüş və əsaslandırmışdır. 

Eləcə də Daltonun adıyla görmə qabiliyyətindəki problem -daltonizm adlandırılmışdır. O özü də bu xəstəlikdən əziyyət çəkirdi və 1794-cü ildə bu haqda yazmışdır.

JURNALLAR
Faydalı linklər