May 08, 2017 | 11:00 / Konfranslar, iclaslar
AMEA M.Nağıyev adına Kataliz və Qeyri- üzvi Kimya İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezident, institutun direktoru, akademik Dilqəm Tağıyev ümummilli liderin dövlətçiliyimizin inkişafında yolunda göstərdiyi xidmətlərdən söz açaraq bildirdi ki, ölkəmizdə ictimai-siyasi sabitliyin yaranması, azərbaycançılıq məfkurəsinin, milli ideologiyanın yaranması və inkişafı, respublikamızın nail olduğu yüksək iqtisadi inkişaf Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycana sadiqliyi, millətinə xidmətləri ilə əbədi yaşardır. O bildirdi ki, Heydər Əliyev elmə və elm adamlarına daim qayğı göstərmişdir. Dahi şəxsiyyətin ən böyük amal və məqsədi Azərbaycanın dövlət müstəqilliyinin daimi olması idi.Akademik ulu öndər Heydər Əliyevin dövlətçilik prinsiplərini bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyini diqqətə çatdırdı.
Sonra tədbir iştirakçıları ümummilli liderin Azərbaycanın tərəqqisi naminə tükənməz fəaliyyətindən söz açdılar.