Xəbərlər
FotoVideo
AMEA-nın Ümumi yığıncağında elmi nailiyyətlər sərgisi təşkil olunub
Apr 28, 2017 | 12:10 / Konfranslar, iclaslar
Oxunub 3007 dəfə

Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncaq keçirilib.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, müxtəlif dövlət qurumlarının rəhbərləri, səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları Akademiyanın fəaliyyətini əks etdirən elmi nailiyyətlər sərgisi ilə tanış olublar.

Təşkil olunan Sərgidə İnstitutunun 2016-ci ildəki nailiyyətləri də nümayiş olunmuşdur. İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev 2016-ci ildə İnstitutda aparılan elmi-tədqiqat işləri, əldə olunan mühüm nəticələr haqqında sərgi iştirakçılarına ətraflı məlumat vermişdir.

JURNALLAR
Faydalı linklər