Xəbərlər
Foto
BDU-nun Kimya fakültəsinin IV kurs tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutun bir sıra laboratoriyalarında istehsalat təcrübələri keçirlər
May 01, 2024 | 12:20 / Təhsil
Oxunub 1189 dəfə

Metal – klatrat birləşmələr laboratoriyasında mis ftalat dipridin adduktunun alınması üçün aparılan reaksiya məhlulundan çökmüş monokristalların ayrılması prosesi, Əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasında yodometrik metodla Cu2+ ionlarının təyini reaksiyası, tələbələr yaxından iştirak etdilər.

Laboratoriya şəraitində maye və qaz halında ilkin maddələrin reaktora avtomatik ardıcıl verilməsi mexanizmi və alınan maddələrin soyuducu sistemindən keçərək toplanması, analizə ötürülməsi prinsipləri tələbələrə əyani göstərilmiş və izah edilmişdir.

Həmçinin tələbələr “Analitik kimya” laboratoriyasında kompleks birləşmələrinin alınmasında tətbiq olunan üzvi maddələrin sintezi prosesi ilə tanış olmuşlar.

Nanokompozit katalizatorlar laboratoriyasında isə fotometrik analiz üsulu ilə sənaye şəraitində Fe3+ ionlarının sorbsiyası üçün effektiv absorbentlərin işlənib hazırlanması və tədqiqi haqqında onlara geniş məlumat verilmiş və əyani olaraq təcrübələrin aparılmasında iştirak etmişlər.

JURNALLAR
Faydalı linklər