Xəbərlər
Foto
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir.
Apr 26, 2024 | 16:02 / Konfranslar, iclaslar
Oxunub 1192 dəfə

25.04.2024-cü il tarixində AR ETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 19-u  iştirak etmişdir. İclasda

ADNSU-nun “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun dissertantı Hüseynova Elvira Ənvərovnanın 2316.01 – "Kimyəvi kinetika və kataliz" ixtisasında kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Heterogen katalizatorların iştirakı ilə vakuum qazoylunun oksikrekinqi prosesinin işlənməsi” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: AMEA-nın həqiqi üzvü, k.e.d., prof. Adil Qəribov; Bakı Dövlət Universitetinin professoru, k.e.d. Eldar Əhmədov; Neft emalı üzrə Ümumittifaq Elmi-tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, İ.M. Qubkin adına Rusiya Dövlət Universitetinin “Neft emalının texnologiyası” kafedrasının professoru, k.e.d. Pavel Anatoliyeviç Nikulşin və Rusiya Elmlər Akademiyasının “Nefkimya və kataliz İnstitutu”nun dosenti, k.e.d. Nella Gennadiyevna Qriqoryeva iş haqqında geniş məlumat verdilər. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.

JURNALLAR
Faydalı linklər