Xəbərlər
Evropium birləşmələri parlayan termometrlərin həssaslığını artırır.
Apr 26, 2024 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 303 dəfə

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (Moskva) bir qrup alimləri qırmızı və infraqırmızı diapazonda işıq saçan bir neçə lantanoid kompleksi, o cümlədən, evropium və itterbium komplekslərini sintez etmişlər. Onların tərkibində lantanoid atomlarından başqa lüminessensiyanın temperaturdan asılılığını, həm də istiliyə qarşı davamlılığını,  elektrik sahəsində ionların mütəhərrikliyini  təmin edən üzvi qalıqlar da (liqandlar) vardır. Sonuncu xassələr komplekslər əsasında daha sonra displeylərin və biotibbi cihazların komponentləri kimi istifadə edilə bilən üzvi işıq diodları əldə etməyə imkan verdi. Evropium kompleksləri qırmızı işıq mənbələri kimi, itterbium kompleksləri  isə infraqırmızı emitentlər kimi  alınmışdır.

Tədqiqatçılar bu maddələri temperaturdan asılı olaraq şüalanmanın  intensivliyini ölçən cihaza yerləşdirdilər. Təcrübələr göstərdi ki, itterbium birləşmələrində şüaların  intensivliyi yalnız 27°C-dən 327°C-ə qədər olan temperaturda dəyişir və bu onların yüksək temperaturlu termometrlərdə istifadəsinə imkan verir. Eyni zamanda, qırmızı  işıq saçmağa malik olan europium kompleksləri -193 ° C-dən -73 ° C-ə qədər olan temperatur intervalında həssaslıq nümayiş etdirir.

Rusiya Elm Fondunun qrantı ilə dəstəklənən tədqiqatın nəticələri Optical Materials jurnalında dərc olunub.

https://indicator.ru/chemistry-and-materials/soedineniya-evropiya-uluchshili-chuvstvitelnost-svetyashikhsya-termometrov-03-04-2024.htm

JURNALLAR
Faydalı linklər