Xəbərlər
Alimlər nəhəng miscantusdan lazımlı iki polimer əldə etdilər
Apr 18, 2024 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 298 dəfə

Alimlər müəyyən ediblər ki, Miscantus nəhəng  ot bitkisindən iki növ polimer əldə etmək olar - sellüloza nitratları və bakterial sellüloza. Birinci halda bitki xammalından ayrılmış lif sulfat və azot turşularının qarışığı ilə işlənməli, ikincidə isə qlükozaya qədər parçalanmalı və ona mikroorqanizmlər əlavə edilməlidir. Alimlərin bu tədqiqatı analitik təbabətdə, qablaşdırma və sarğı materiallarının istehsalında, həmçinin qatılaşdırıcıların istehsalında istifadə olunan müvafiq polimerlərin işlənib hazırlanmasını bir  istehsalatda birləşdirməyə kömək edəcəkdir. Rusiya Elm Fondunun (REF) qrantı ilə dəstəklənən tədqiqatın nəticələri Polymers jurnalında dərc olunub.

https://indicator.ru/chemistry-and-materials/uchenye-poluchili-srazu-dva-vostrebovannykh-polimera-iz-miskantusa-gigantskogo-25-03-2024.htm

 

JURNALLAR
Faydalı linklər