Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun gəncləri “İlin Gənc Alimi” diplomu ilə təltif olunub.
Apr 04, 2024 | 16:20 / Konfranslar, iclaslar
Oxunub 405 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 03.04.2024-cü il tarixində növbəti iclası keçirilmişdir.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın həqiqi və müxbir üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, gənc alimlər və aidiyyəti şəxslər iştirak etmişlər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat vermişdir.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmiş AMEA üzvlərinə yubiley medalları təqdim olunmuş, həmçinin 27  mart – Elm Günü münasibətilə bir qrup Akademiya əməkdaşlarına Azərbaycan Respublikası Ağsaqqallar Şurasının, eləcə də AMEA-nın Fəxri fərmanları, “İstinadda rekord” diplomları, AMEA-nın Fəxri diplomları, AMEA-nın Təşəkkürnamələri və AMEA-nın “İlin gənc alimi” diplomları təqdim olunmuşdur.

İnstitutumuzun böyük elmi işçisi k.ü.f.d., Nigar İbrahimova və elmi işçisi Ülviyyə Qurbanova AMEA-nın “İlin Gənc Alimi” diplomları ilə təltif olunmuşlar.

JURNALLAR
Faydalı linklər