Xəbərlər
Rusiya kimyaçıları kimyəvi birləşmələrin yeni sinfini işıq verən psevdosendviç tapıblar.
Apr 15, 2024 | 11:30 / Maraqlı məlumatlar
Oxunub 308 dəfə

Alimlər mövcud olanlardan daha ucuz və daha səmərəli olan  luminessent materialların istehsalı üçün yeni üsulların axtarışını davam etdirirlər. Dmitri Roiterşteynin rəhbərlik etdiyi rus kimyaçılar qrupu luminessent xassələrə malik sabit lantanid birləşmələrinin yeni sinfini kəşf etdilər və LnCl3L2 formuluna malik nadir torpaq elementlərinin kompleks birləşmələrini psevdosendviçlər adlandırdılar. Müəllif deyir ki,  70 ildir ki iki üzvi liqandlı metal birləşmələr "Sendviç" termini ilə  , adlanır. Təsəvvür edək ki, metal bir kotletdir,  yuxarıda və aşağıda, çörək parçaları yəni, mərkəzi atomla kompleks təşkil edən iki liqand var. Bizim maddədə iki dilim çörəyin arasında artıq özünü təmin edən kimyəvi birləşmə - lantanid xlorid var, ona görə də biz onu psevdosendviç adlandırdıq”.

Yalançı sendviçləri sintez etmək üçün alimlər tetrahidrofuranın əlavə edildiyi susuzlaşdırılmış lantanid xloridlərindən istifadə etdilər. Növbəti mərhələdə üç azot atomu və üç karbon atomu olan altı üzvlü tsikli  əlavə etdik . Alınmış  maddəni üzvi həll edib , onun əsasında kristallar yetişdirdik. Reaksiyalar inert atmosferi olan bir qutuda - quru və oksigensiz, arqonla doldurulmuş germetik  kamerada aparılmışdır.

Alınmış  maddələr digər lantanid birləşmələrindən fərqli olaraq əksər üzvi həlledicilərdə yaxşı  həll olurlar. Onları üzvi və metalüzvi  sintezdə tətbiq etmək olar, həmçinin onlardan yeni lüminessent materialların hazırlanmasında istifadə oluna bilər. Araşdırma İnorganic Chemistry jurnalında dərc olunub.

https://indicator.ru/chemistry-and-materials/svetyashiisya-psevdosendvich-rossiiskie-khimiki-nashli-novyi-klass-khimicheskikh-soedinenii-21-03-2024.htm

JURNALLAR
Faydalı linklər