Xəbərlər
Foto
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir.
Apr 04, 2024 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 1636 dəfə

04.04.2024-cü il tarixində AR ETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 18-i iştirak etmişdir. İclasda Institutun sabiq dissertantı Əhmədov Vüsal Musa oğlunun 2316.01 – "Kimyəvi kinetika və kataliz" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Qrafit tipli karbon nitrid kompozitlərin hazırlanması və onların katalitik xassələrinin tədqiqi”  mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: ARETN-i akademik M.Nağıyev adına KQüKİ-nin laboratoriya müdiri, akademik Əjdər Məcidov; ADNSU-nun professoru, k.e.d. Vaqif Bağıyev və SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun “Parafin və duz çöküntüləri ilə mübarizə” laboratoriyasının müdiri k.ü.f.d., dos. Kazım Mətiyev iş haqqında geniş məlumat verdilər. İddiaçı Vüsal Əhmədovun elmi rəhbəri k.e.d., prof. Vaqif Əhmədov iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.

JURNALLAR
Faydalı linklər