Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir.
Apr 05, 2024 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 2132 dəfə

05 aprel 2024-cü il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Prof. Akif Əliyevin sədrliyi və dos. Şərafət Məmmədovun elmi katibliyi ilə keçirilən elmi seminarda İnstitutumuzun “Funksional qeyri-üzvi maddələrin termodinamikası” laboratoriyasının fəlsəfə doktoru proqramı üzrə doktorantı Əşirov Gəray Mikayıl oğlunun “Ag2X-Ag8SiX6-Ag8GeX6 (X - S, Se, Te) sistemlərində yeni polifunksional materialların alınması və tədqiqi”  mövzusunda 2303.01 “Qeyri-üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işinin müzakirəsi keçirilmişdir. Dissertasiya işi k.ü.f.d., dos. Leyla Məşədiyevanın elmi rəhbərliyi və AMEA m/ü Məhəmməd Babanlının elmi məsləhətçiliyi altında yerinə yetirilmişdir. Dissertasiya işinin təqdimatından və rəyçilər k.e.d. Fuad Sadıqovun və k.ü.f.d. Validə Rəhimovanın çıxışından sonra dissertanta elmi seminarın iştirakçıları tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən dolğun cavablandırılmışdır. Dissertantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermnin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər