Xəbərlər
Alimlər yağlanma tələb etməyən podşipniklər yaratmaq üçün kompozitlərin istehsal metodunu işləyib hazırlayıblar.
Apr 06, 2024 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 382 dəfə

Ultra yüksək molekulyar polietilenin metallarla birləşdirilməsinin əsas üsulu termal presləmə, yəni yüksək temperaturda sıxılmadır. Lakin polimerin 100°C-dən yuxarı qızdırılması onun unikal strukturunun və müvafiq olaraq bütün xassələrinin itirilməsinə gətirib çıxarır. Buna görə də, polimer lentləri metal səthə bağlamaq üçün ən yaxşı həll yüksək temperaturlara məruz qalmadan yapışqanlardan - səthin yapışmasını təmin edən maddələrdən, yəni adgezivlərdən istifadə edərək yapışdırmaqdır.

Seçenov Universitetinin tədqiqatçıları ultra yüksək molekulyar polietilen lentlərin səthinin modifikasiyasını yəni materialın metal səthlərə bağlanma qabiliyyətini yaxşılaşdırmaq üçün bir üsul işləyib hazırlayıblar. Proses iki mərhələni əhatə edir. Birincisi, lentlərin səthi turşuların qarışığı ilə əvvəlcədən işlənilir. İkinci mərhələdə selüloz ultrabənövşəyi radiasiyadan istifadə edərək aşılanır.(peyvənd edilir).

İşlənib hazırlanmış ultra yüksək molekulyar  polietilen lentlər aşağı sürtünmə əmsalı, yüksək aşınmaya qarşı davamlı və möhkəmliyə malikdirlər.

Rusiya Elm Fondunun Prezident Proqramının qrantı ilə dəstəklənən tədqiqatın nəticələri “Journal of Composites Science” jurnalında dərc olunub.

 https://indicator.ru/chemistry-and-materials/uchenye-razrabotali-metod-proizvodstva-kompozitov-dlya-sozdaniya-ne-trebuyushikh-smazki-podshipnikov-14-03-2024.htm

JURNALLAR
Faydalı linklər