Xəbərlər
Yüksək enerjili ionlar qrafeni nano almazlara çevirir
Apr 02, 2024 | 10:53 / Maraqlı məlumatlar
Oxunub 871 dəfə

Rusiyalı alimlər qrafenin tərkibində almaz nanostrukturlarını böyütməklə qrafeni daha davamlı hala gətirə biliblər.

Yaradılan kristalların diametri onların qalınlığından təxminən üç dəfə böyük olduğundan, müəlliflər bu cür strukturları iki ölçülü (2D) almaz kimi təsnif etdilər. Eyni zamanda, onların müşahidəsi göstərdi ki, ölçüləri iki nanometrdən az olan nanoalmazlar qeyri-sabitdirlər və tez bir zamanda nizamlı strukturunu itirirlər.

Alimlər yüksək enerjili ion şüalanmasından istifadə edərək, qrafen  nazik təbəqələrinə yerləşdirilmiş iki ölçülü nanoalmazlar əldə edə bildilər. Bu, nanoelektronika üçün yeni, perspektivli materialdır, onu başqa üsullarla yaratmaq demək olar ki, qeyri-mümkündür.

Əldə edilən 2D material qrafen və almazın üstünlüklərini özündə birləşdirir:  yüngüldür , qrafen kimi cərəyan keçirməyə qadirdir və almaz  kimi də davamlıdır. Bu cür kompozitlər sənayedə, xüsusən də kosmik aviasiyada, avtomobil sənayesində və biotibbi cihazlarda geniş tətbiq  sahəsi tapacaqdır.

Rusiya Elm Fondunun (REF) qrantı ilə dəstəklənən bu  tədqiqatın nəticələri Carbon jurnalında dərc olunub.

https://rscf.ru/news/release/vysokoenergichnye-iony-prevratili-grafen-v-nanoalmazy/

JURNALLAR
Faydalı linklər