Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı 5-ci Ümumdünya Qabaqcıl Kimya Konqresində iştirak edib
Apr 01, 2024 | 11:46 / Konfranslar, iclaslar
Oxunub 1261 dəfə

AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d., dosent Sevda Fətullayeva Peers Alley Media tərəfindən təşkil olunmuş 5-ci Ümumdünya Qabaqcıl Kimya Konqresində (5th Advanced Chemıstry World Congress, Netherlands, Amsterdam, March 25-26, 2024) “Ağır metal ionlarının sorbsiyası üçün enterosorbent kimi xitozan törəməsinin sintezi” (Synthesis of chitosan derivative as an enterosorbent for sorption of heavy metal ions) mövzusu üzrə virtual formatda məruzə etmişdir.  

Beynəlxalq konfranslarda dünya lideri olan Peers Alley Media beynəlxalq məruzəçilər, tədqiqatçılar, müəllimlər və dünyanın hər yerindən maraqlı tərəflər kimi sənaye mütəxəssisləri üçün xidmət edən illik elmi tədbirlərə uğurla ev sahibliyi edir. Belə tədbirlər dünyanın müxtəlif tədqiqat laboratoriyaları, təhsil müəssisələrinin işçiləri, assosiasiyalar və cəmiyyətlər, elm adamları, mütəxəssisləri, kimya elminin bütün sahələrini əhatə edir.

S.Fətullayeva institutda bu istiqamətdə apardığı tədqiqat işi barədə, o cümlədən, sintez olunan xitozan əsaslı enterosorbentlər haqqında geniş məlumat vermişdir. Mərüzədə bir ay müddətində Neapol şəhərində yerləşən İtaliya Milli Tədqiqatlar Şurası Polimerlər, Kompozitlər və Biomateriallar Institutunda (CNR-IPCB) elmi ezamiyyətdə olarkən aparılmış müəyyən analizlərin nəticələri təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, bu aparılan tədqiqat işi xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında  iştirak  təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədilə 11-ci “Mobillik qrantı” müsabiqəsində AEF-Mob-11-2023-6(48)-08/07/4-M-07 qrant layihəsi kimi təqdim edilmiş və qaliblərdən biri olduğu üçün Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilmişdir.  

 

 

JURNALLAR
Faydalı linklər