Xəbərlər
Cırtdan buz planetlərində aktivlik aşkarlandı
Mart 18, 2024 | 12:46 / Maraqlı məlumatlar
Oxunub 703 dəfə

Cənub-qərb Tədqiqat İnstitutunun rəhbərlik etdiyi astronomlar Koyper kəmərində yerləşən Erida və Makemake buzlu Cırtdan planetlərində geotermal aktivliyə dair dəlillər aşkar etdilər. Koyper kəməri, - Günəş sisteminin kənarındakı Neptunun orbitinin arxasındakı buz cisimlərinin geniş bir bölgəsidir. Eris və Makemake Pluton və onun peyki Charon ilə müqayisə edilə bilər. Bu cisimlər, ehtimal ki, Günəş sistemimizin tarixinin əvvəlində, təxminən 4,5 milyard il əvvəl formalaşmışlar. Günəş istiliyindən uzaq olan böyük Koyper kəmər obyektlərinin soyuq, cansız obyektlər  olduğu düşünülürdü.Alimlər Ceyms Uebb adına kosmik teleskopundan istifadə edərək cırtdan planetlərin səthinin tərkibini, xüsusən metandakı deyteriumun (D)  hidrogenə (H) nisbətini ölçdülər. D/H mənşəyi, geoloji tarixi və özündə hydrogen saxlayan  birləşmələrin yaranma yolları haqqında məlumat verir.
Müəyyən edilmiş nisbət, yerin altında  əmələ gələn metanın geokimyəvi mənşəyini göstərir. Bu, cırtdan planetlərin nüvələrində (mərkəzində)yüksək temperaturunolduğunu əsas verir  ki, bu da Erida molekulyar azotun olması ilə təsdiqlənir. İsti nüvələr buzlu səthlərinin altında yerləşən maye suyun mövcudluğuna imkan verir.

Tədqiqatın nəticələri Icarus jurnalında dərc edilmişdir.

https://lenta.ru/news/2024/02/16/planet/

JURNALLAR
Faydalı linklər