Xəbərlər
Foto
KATALİZ və QEYRİ-ÜZVİ KİMYA İNSTİTUTUNUN KİMYA ELMLƏRİ ÜZRƏ PROBLEM ŞURASININ 2024-cü il üçün ilk iclası keçirilmişdir.
Mart 14, 2024 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 2394 dəfə

Akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasi Elmi Tədqiqatlarin Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının 2024-cü il üçün ilk iclası keçirilmişdir. İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq şuranın üzvlərini, gələn iddiaçıları, onların elmi rəhbər və məsləhətçilərini salamlayaraq, dissertasiyaların aktual problemlərin həllinə həsr olunmasının, dissertasiya mövzularının adlarının onların məzmununu tam əks etdirməsi məsələlərinın vacibliyi haqqında məlumatlar verdi. Bu, doktorant və dissertantların gələcəkdə müdafiə mərhələlərində problemlərlə qarşılaşmaması üçün mütləqdir. O cümlədən, təklif etdi ki, dissertantura və ya doktoranturaya yeni qəbul olunmuş doktorantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Çünki tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır. Akif Əliyev iddiaçılara və elmi rəhbərlərə mövzuların adlarını yazarkən azərbaycan dilinin qrammatikasına da riayət etməyi məsləhət gördü. Sonra şura üzvləri də çıxış edərək, bu məsələyə öz müsbət münasibətlərini bildirdilər.

İclasda 2314.01- Neft kimyası, 2391.01 – Ekoloji kimya, 2307.01 – Fiziki kimya, 2303.01 – Qeyri-üzvi kimya və 2304.01 – Makromolekullar kimyası ixtisasları üzrə 7 dissertasiya mövzusu ətraflı müzakirə edildi. Sonda təqdim edilən dissertasiya mövzularının adı 1-i olduğu kimi, 5-i isə redaktə olunaraq, Kimya elmləri üzrə Problem Şurasında təsdiq üçün qəbul edildi. Təqdim olunan 1 dissertasiya mövzusunun adı isə qəbul edilmədi.

JURNALLAR
Faydalı linklər