Xəbərlər
Foto
Kataliiz və Qeyri - üzvi Kimya İnstitutunda BDU-nin Kimya fakültəsinin IV kurs tələbələri ilə görüş keçirildi
Mart 14, 2024 | 15:09 / Konfranslar, iclaslar
Oxunub 2409 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev İnstitutun laboratoriyalarında 16.02.24-cü il tarixdən 20.03.24-cü il tarixədək istehsalat təcrübəsi keçən BDU-nin Kimya fakültəsinin IV kurs tələbələri ilə görüş keçirtdi. Görüşdə Dilqəm Tağıyev tələbələrdən laboratoriyalarda hansı tədqiqat işləri ilə tanış olduqlarını və onlar üçün daha maraqlı olan təcrübələr haqqında fikirlərini soruşaraq bu tədris təcrübəsinin gələcəkdə onlar üçün vacib olduğunu nəzərə çatdırdı.

Akademik Dilqəm Tağıyev təcrübə keçən tələbələrə təhsildə uğurlar arzuladı və İnstitutun laboratoriyalarında istehsalat təcrübəsi keçdikləri ilə əlaqədar olan sertifikatları onlara təqdım etdi.

JURNALLAR
Faydalı linklər