Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda BDU-nun və ATU-nun IV kurs tələbələri istehsalat təcrübələri keçdilər
Mart 13, 2024 | 14:31 / Konfranslar, iclaslar
Oxunub 2138 dəfə

İnstitutda BDU-nun Kimya fakültəsinin və ATU-nun “Kimya mühəndisliyi” ixtisası üzrə IV kurs tələbələri İnstitutun bir sıra laboratoriyalarında istehsalat təcrübələri keçmiş, onlara laboratoriyalarda əyani olaraq təcrübələri izləmək imkanı yaradılmışdır. Belə ki, tələbələr “Əlvan metal tərkibli mineral xammalın emalı” laboratoriyasında yodometrik metodla Cu2+ ionlarının təyini prosesi ilə tanış olmuş və “Funksional qeyri-üzvi maddələrin termodinamikası” laboratoriyasında isə ME520TA metaloqrafiq mikroskopun işləmə prinsipi haqqında onlara ətraflı məlumat verilmiş və onlar əyani olaraq bir sıra nümunələri mikraskopla tədqiq etmişlər.

JURNALLAR
Faydalı linklər