Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir.
Mart 07, 2024 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 2113 dəfə

AR ETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 18-i iştirak etmişdir. İclasda Bakı Dövlət Universitetinin “Ümumi və qeyri-üzvi kimya” kafedrasının dissertantı Ələkbərova Türkan Müzahim qızının 2303.01 – "Qeyri-üzvi kimya" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Tl-Ge-Bi-Te sisteminin bəzi qatılıq müstəviləri üzrə faza tarazlıqları və aralıq fazaların termodinamik xassələri” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işlərinə təyin edilmiş opponentlər:  ARETN-i akademik M.Nağıyev adına KQKİ-nin k.e.d., prof. Özbək Əliyev; ARETN-nin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, k.e.d., prof. Tofiq Əliyev və Bakı Dövlət Universitetinin professor əvəzi, k.e.d. Nağı Yaqubov iş haqqında geniş məlumat verdilər. İddiaçı Türkan Ələkbərovanın elmi rəhbəri AMEA-nın müxbir üzvü, k.e.d., prof. Məhəmməd Babanlı iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.

JURNALLAR
Faydalı linklər