Xəbərlər
Polimer nanogellər müasir enerji saxlama cihazlarının qiymətini azaldacaq və onları ekoloji cəhətdən təmiz edəcəkdir
Mart 11, 2024 | 12:26 / Maraqlı məlumatlar
Oxunub 416 dəfə

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin alimləri suda həll olunan üzvi polimer nanogellər hazırlayıblar ki, onlar əks geri oksidləşmə və reduksiya olunmaq qabiliyyətinə malikdirlər. Proses iki mərhələdən ibarət idi. Əvvəlcə müəlliflər ayrı-ayrı suda həll olunan monomerlərdən (üzvi molekullardan) nano ölçülü polimer şəbəkələrini kimyəvi yolla sintez etdilər, sonra tədqiqatçılar əmələ  gələn birləşmələrə kimyəvi reaksiyalarda elektron qəbul edən və verə bilən əlavə atom qruplarını "birləşdirdilər". Belə qruplar oksidləşdirici-reduksiyaedici (redoks) adlanırlar.

Hazırlanmış nanogellər axın akkumulyatorlarında bahalı və zəhərli reagentləri əvəz edə bilir və buna görə də belə akkumulyatorları düzəltmək  ucuz və ekoloji cəhətdən sərfəlidir.

Sonra fiziklər, tərkibindəki müxtəlif redoks qrupları ilə nanogel molekullarının oksidləşməsi və reduksiyasının baş vermə sürətini qiymətləndirdilər. Təcrübələr göstərdi ki, belə qrupların konsentrasiyası məhluldakı üzvi molekulların ümumi tərkibinin təxminən 50% -ni təşkil etməlidir. Məhz, bu şəraitdə nanogellər sulu üzvi axın batareyalarının etibarlı işləməsini təmin edərək, əsas elektroaktiv komponent kimi optimal işini  nümayiş etdirirlər.

https://indicator.ru/chemistry-and-materials/polimernye-nanogeli-udeshevyat-sovremennye-nakopiteli-energii-i-sdelayut-ikh-bolee-ekologichnymi-19-02-2024.htm

 

JURNALLAR
Faydalı linklər