Xəbərlər
Manqan katalizatoru günəş işığının təsiri altında tibb sahəsi üçün lazım olan silikonların istehsalına kömək edəcək
Mart 07, 2024 | 10:50 / Maraqlı məlumatlar
Oxunub 297 dəfə

Alimlər müəyyən etdilər ki, silikonları manqan əsaslı katalizatordan istifadə edərək otaq temperaturunda və günəş işığında sintez etmək olar. Əvvəllər belə bir katalizatorun istifadəsi 1200C-yə qədər qızdırılmasını və ya ultrabənövşəyi radiasiyaya məruz qalmasını tələb edirdi və buna görə də o sənaye miqyasında istifadə edilmir.

A.V.Topçiyev adına Neft-Kimya Sintezi İnstitutunun (Moskva) kimyaçıları və həmkarları daha ucuz və daha əlçatan metal - manqan əsasında katalizatordan istifadə etməyi təklif etdilər. Bu birləşmə, manqandan əlavə, karbon və oksigen atomlarını ehtiva edir.

Müəlliflər reaksiyanın otaq temperaturunda və normal günəş işığında baş verməsinin mümkün olub-olmadığını yoxlamaq qərarına gəldilər. Bunun üçün tədqiqatçılar əlavə olaraq ilkin materialların və katalizatorun qarışığına müxtəlif üzvi əlavələr, o cümlədən kimyəvi çevrilmələrin aralıq məhsullarını sabitləşdirməyə kömək edən flüor tərkibli əlavələr daxil ediblər. Məhlulu 1 ilə 24 saat arasında ağ işıq lampası altında saxlayıblar.

Məlum olub ki, altı flüor atomu olan spirt törəməsi katalizatorun günəş işığının və otaq temperaturunun təsiri altında işləməsinə kömək edib. Eyni zamanda, çevrilmənin səmərəliliyi 95% -ə çatdı, bu isə reaksiyaya daxil olan bütün maddələrin arzu olunan məhsullara - silikonlara çevrilməsi deməkdir.

Silikonlar bir çox tibbi implantın, sürtkü yağların, laklar və boyaların tərkibinə daxil olduğu üçün iri və kiçik miqyaslı kimya məhsulları kimi- tibbdə, əczaçılıqda, avtomobil, gəmi və təyyarə istehsalında  geniş istifadə olunur.

Təklif olunan yanaşma adətən silikonların istehsalı üçün istifadə olunan bahalı platin katalizatorlarına nisbətən ucuz və sadə alternativ olacaq.

Rusiya Elm Fondunun qrantları ilə dəstəklənən tədqiqatın nəticələri “Journal of Catalysis”də dərc olunub.

https://indicator.ru/chemistry-and-materials/margancevyi-katalizator-pomozhet-proizvodit-silikony-dlya-mediciny-pod-deistviem-solnechnogo-sveta-20-02-2024.htm

JURNALLAR
Faydalı linklər