Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Həmkarlar Təşkilatının 2018-2023-cü illər üçün hesabat içlası keçirildi
Mart 04, 2024 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 1455 dəfə

4 mart 2024-cü ildə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elm və Təhsil Nazirliyi Təhsil İşçilərinin Həmkarlar İttifaqı nəzdində “Elmi Təşkilatının Birləşmiş Həmkarlar İttifaqının (AHİ) sədri, professor Habil Qurbanovun iştirakı ilə İnstitutun Həmkarlar Təşkilatının 2018-2023-cü illər üçün hesabat iclası keçirildi.

İclası, institutun baş direktoru akademik Dilqəm Tağıyev açdı və iclasın gündəliyində olan məsələləri iştirakçıların nəzərinə çatdırdı. Gündəlik məsələlər:

  1. Həmkarlar Təşkilatının hesabatı,
  2. Nəzarət Təftiş Komissiyasının hesabatı,
  3. Həmkarlar Təşkilatının sədrinin seçilməsi,
  4. Həmkarlar Təşkilatının komitə üzvlərinin seçilməsi,
  5. Nəzarət Təftiş komissiyası üzvlərinin seçilməsi,
  6. Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqının konfransına nümayəndələrin seçilməsi

Sonra, akademik sözü Həmkarlar Təşkilatının sədri professor A.Əfəndiyə verdi. O, hesabat dövrü ərzində 16 ümumi və 62 komitə içlasın keçirildiyini və bu içlaslarda əsasən institut əməkdaşlarının ərizələrinin müzakirə edildiyini, institutda keçirilən mədəni kütləvi tədbirlərin planlaşdırıldığını və digər məsələlərə baxıldığını iştirakçıların nəzərinə çatdırdı. A .Əfəndi bu dövrdə AMEA –da və institutumuzda ciddi dəyişiliklər və islahat aparıldığını vurğuladı.2018-2023-cü illər ərzində akademiyada Elm Festivalı, maqistaturaya qəbul, Usaq Festivalı, institumuzun isə 80 illik yubileyi kimi tədbirlərin keçirildiyini və Həmkarlar Təşkilatının bütün tədbirlərdə fəal iştirak etdiyini söylədi. İnstitut rəhbərliyi ilə birgə II Qarabağ müharibəsində Qələbəmizin şərəfinə 10 noyabr Qələbə günü, hər il 20 Yanvar, Xocalı, 31 Mart hadisələrinə həsr olunmuş tədbirlər keçirilmişdir. AHİ –nin nizamnaməsinə və akademiya Həmkarlar Təşkilatı ilə AMEA Rəyasət Heyəti arasında bağlanılmış kollektiv sazişə əsasən bu dövrdə institut rəhbərliyi ilə kollektiv müqavilə bağlanılmış və onun şərtlərinə uyğun olaraq müvafiq işlər aparılmışdır. Həmkarlar Təşkilatı olaraq AMEA AHİ ilə birlikdə Vergilər Nazirliyi qarşısında məsələ qaldıraraq minimum vergi həddinin qaldırılması, dərəcələr arasında uyğunsuzluğun aradan qaldırılması həll edilmişdir. A.Əfəndi qeyd edilmişdir ki, Akademiya ilə birlikdə bu illər ərzində əməkdaşlara gəzintilər təşkil olunmuş, Nabrana, Qəbələyə, İsmayıllıya, Lənkərana, Meşəliyə təşkil olunmuş gəzintilərdə əməkdaşlar (100- 120 nəfər ) iştirak etmişlər.

Həmkarlar Təşkilatı əməkdaşların müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə bağlı sənədləşmə məsələlərində, zəhərli maddələrlə işləyənlərə əlavə məzuniyyətlərin (elmi dərəcəsi olmayanlara əlavə 6 gün) verilməsi məsələlərində əməkdaşlara yardım edilmişdir. Nazirlər Komitəsinin qərarına əsasən əlilliyi olan əməkdaşlara kollektiv müqavilədə nəzərdə tutulduğu kimi əlavə vəsaitin verilməsi diqqətdə saxlanılmış, zəhərli maddələrlə işləyən (rentgen, kompüter və s.) əməkdaşların tibbi müayinədən keçməsi məsələləri bağlanmış müqavilə əsasında həyata keçirilmişdir. 2018-ci ildə 8 Mart Qadınlar Bayramı, 2019-cu ildə Novruz Bayramı təşkil olunmuş konsert proqramı əsasında keçirilmiş , qadınlara hədiyyələr verilmiş, aztəminatlı əməkdaşlara bayram süfrəsi açılmışdır. Müraciət edən əməkdaşlara maddi yardım göstərilmişdir. 

Çıxışının sonunda o qeyd etdi ki, 29 iyul 2022-ci ildən Cənab Prezidentin sərəncamı ilə bir sıra tədqiqat institutları kimi bizim institutumuz da Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bu il yanvar ayının 8 -də institutda keçirilən İnstitutlararası Təhsil işçilərinin  Həmkarlar Təşkilatı nəzdində Elmi Təşkilatların“ Birləşmiş Həmkarlar İttifaqı” təsis edilmişdir. Çıxışın sonunda o yeni seçiləcək tərkibə uğurlar arzuladı.

Növbəti məruzəçi Nəzarət Təftiş Komissiyasının sədri Manaf Manafov oldu. Sonra, professor Elza Salahova, a.e.i. Vaqif Qasımov, İnstitutun Qadınlar Şurasının sədri Esmira Quluzadə, professor Arif Heydərov, aparıcı elmi işçi Süleyman Verdiyev çıxış etdilər.  

Sonda, institutun baş direktoru akademik Dilqəm Tağıyev çıxışları yekunlaşdıraraq bildirdi ki, Həmkarlar İttifaqının sədri Arif Əfəndinin 2018 – 2023 –cü illər ərzində gördüyü işlər müsbət qiymətləndirilir və qənaətbəxşdir.

Akademik Yeni Həmkarlar Təşkilatının Komitə üzvlərinin bu il əvvəlki illərdən fərqli olaraq Gənc Kadrlardan təşkil olunacağını söylədi.

7 nəfər komitə üzvləri seçildi.

Əfəndi Arif – sədr

Babayev Elmir

Ağayeva Nuranə

İsmayılova Arzu

Məmmədov Vilayət

Əzimova Günel

Nəsiyyəti Elnarə 

Onların siyahısı oxundu və səsvermə ilə yekdilliklə qəbul olundu.

 

JURNALLAR
Faydalı linklər