Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda BDU-nun Kimya fakültəsinin və ATU-nun “Kimya mühəndisliyi” ixtisası üzrə IV kurs tələbələri İnstitutun bir sıra laboratoriyalarında istehsalat təcrübələri keçirlər:
Mart 04, 2024 | 16:31 / Konfranslar, iclaslar
Oxunub 1647 dəfə

Tələbələrə “Monooksigenaz  reaksiyalarının  modelləşdirilməsi” laboratoriyasında dəmirprofi- rin tərkibli biomimetik katalizatorların sintezi üçün aktiv kompleks məhlulun hazırlanması və onun məhluldan daşıyıcı üzərinə adsorbsiyası tələbələrə əyani olaraq  göstərilmişdir. Həmçinin, tələbələr “Qeyri-üzvi  və sintetik  sorbentlər” laboratoriyasında sorbsiyanın vaxtdan asılılığı üzrə təcrübələrin  qoyulmasında iştirak etmiş, “Əlvan metal tərkibli mineral xammalın emalı” laboratoriyasında  misin  və dəmirin  fotometrik  metodla təyini ilə tanış olmuş, “Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə” laboratoriyasında isə karbohidrogenlərin maye fazada oksidləşməsi zamanı alınan oksidatda aktiv oksigenin təyini metodları üzrə  təcrübələr  aparmışlar.

“Keçid metalların metal-üzvi birləşmələri” laboratoriyasında  tələbələr həlledicilərin inert (arqon və ya azot qazı) mühitdə  distillə  olunması,  kompleks  birləşmələrin süzmə, yenidən  kristallaşdırma  və  xromotoqrafiya  üsulları  ilə  təmizlənməsi prosesi ilə tanış olmuş onlara “Renium  ərintilərinin elektrokimyası  və  elektrokatalizi” laboratoriyasında renium-molibden ərintilərinin elektrokimyəvi yolla alınması prosesi əyani olaraq  göstərilmiş  və  molibden ərintisinin kimyəvi tərkibini analiz etmək üçün  SPECORD  50  PLUS  cihazında  işləmək qaydası izah edilmişdir.

Sonra “Molekulyar maqnetiklər və keçiricilər” laboratoriyalarda onlara LH liqandı ilə Cu(II), Ni(II),  Co(II) komplekslərinin sintez edilməsi, sintez edilmiş  komplekslərin ərimə temperatu- runun təyini və kristalların  mikroskopda  müşahidə  olunması haqqında geniş məlumat verilmişdir.

JURNALLAR
Faydalı linklər