Xəbərlər
Quluzadə Esmira xanımın 75 yaşı tamam olur.
Fev 28, 2024 | 13:00 / Yubileylər
Oxunub 1693 dəfə

Fevral ayının 28-də akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun şöbə müdiri, AMEA-nın fəxri fərmanları ilə təltif olunmuş, İnstitutun Qadınlar Surasının sədri,  k.ü.f.d., baş elmi işçi Quluzadə Esmira xanımın 75 yaşı tamam olur.

Esmira Quluzadə 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. Kimya üzrə fəlsəfə doktoru, dosentdir. 1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomlu ilə bitirmişdir. Təyinatla Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya institutunda işə başlamış, 1976-cı ildə həmin İnstitutun aspiranturasına daxil olmuşdur. Kiçik elmi işçi, elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1998-ci ildən  Elmi-Texniki Məlumat Patent Tədqiqatları və Proqnozlaşdırma şöbəsinə (indiki Elmi İnformasiya və Patent Tədqi­qatları şöbəsi) rəhbərlik edir.

Esmira xanımı İnstitutun kollektivi adından 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

JURNALLAR
Faydalı linklər