Xəbərlər
Kimyaçılar insan orqanizmindən toksinləri udmaq üçün universal sorbent yaratmışlar.
Fev 27, 2024 | 11:03 / Maraqlı məlumatlar
Oxunub 397 dəfə

REA-nın Kimya  İnstitutunun (Kurçatov İnstitutu Milli Elmi-Tədqiqat Mərkəzinin bir hissəsi) silikat sorbentləri kimyası laboratoriyasının alimləri insan orqanizmini toksinlərdən effektiv təmizləməyə kömək edən yeni tibbi sintetik alümosilikat sorbentləri əldə ediblər.

Alümosilikat sorbentləri insan qanından bakteriyaları, virusları və toksinləri udmaq qabiliyyətinə malikdir və bununla da orqanizmi sepsisdən və müxtəlif iltihablardan qoruyur. Təbii alüminosilikatların tərkibində  bədən üçün potensial təhlükəli olan qarışıqlar var, buna görə də onların tibbdə istifadəsi məhduddur.

Əvvəllər laboratoriyada süngərvari morfologiyaya malik təbii mineral olan montmorillonit strukturuna oxşar olan alümosilikat sorbentlərinin analoqları sintez edilirdi. Süni sorbent  verilmiş kompleks  xassələrə  malikdir: müəyyən faza və kimyəvi tərkib, məsaməli-tekstura xüsusiyyətləri, hissəciklərin ölçüləri və morfologiyası. Alimlər müəyyən ediblər ki, sintetik montmorillonitlər qeyri-toksikdir və qan hüceyrələrini məhv etmir, yəni tibbdə onlardan istifadə oluna bilər.

Təhlükəli toksinləri qandan "tutmağa" qadir olan yeni effektiv tibbi hemosorbentlər işləyib  hazırlamaq üçün tədqiqatçılar müxtəlif tərkibli sintetik montmorillonitlərin  zülal molekullarına: oksitosin, albumin və immunoqlobulinə münasibətdə sorbsiya qabiliyyətini öyrənmişlər.Bu molekullar müxtəlif molekulyar çəkilərə və ionogenlik dərəcələrinə malikdir, onlar müxtəlif təbiətli virusların və zəhərli maddələrin modeli kimi çıxış ediblər. Təcrübə göstərdi ki, yeni sintetik montmorillonit təbii sorbentlərdən 2-4 dəfə çox toksinləri uda bilir. Bundan əlavə, material insan  üçün tamamilə təhlükəsizdir.

Təcrübələr zamanı bu materiallarda olan maqnezium atomları tədricən alüminiumla əvəz edilmiş və  müəyyən edilmişdir ki, kimyəvi tərkibdən, yəni maqneziumun alüminiumla əvəzlənmə dərəcəsindən asılı olaraq materialın adsorbsiya qabiliyyəti artır. Tədqiqatın nəticəsində ən böyük sorbsiya qabiliyyətinə və ən az toksikliyə malik olan sorbentin  optimal tərkibini seçmək mümkün olmuşdur. Nəhayət, ən yaxşı xassələr toplusuna malik olan yönləndirilmiş sintez yolu ilə sorbent əldə etmək imkana nail olmuşdur.

Bu gün Rusiya tibb müəssisələri əsasən idxal olunan hemosorbentlərdən istifadə edirlər. Rus alimləri  əmindirlər  ki, sintez olunmuş yeni sintetik montmorillonit bahalı idxal materiallarını daha ucuz və effektiv analoqlarla əvəz  olunması yolunda ən əhəmiyyətli elmi tədqiqatdır.

Tədqiqatın nəticələri “Colloids and Surface A: Physicochemical and Engineering Aspects” jurnalında dərc olunub.

https://www.nanonewsnet.ru/news/2024/khimiki-sozdali-universalnyi-sorbent-dlya-pogloshcheniya-toksinov-iz-organizma-cheloveka

 

JURNALLAR
Faydalı linklər