Xəbərlər
Foto
Institutda Xocalı soyqırımı ilə bağlı tədbir keçirib.
Fev 26, 2024 | 12:47 / Konfranslar, iclaslar
Oxunub 1544 dəfə

İclasda İnstitutda fəaliyyət göstərən ictimai təşkilatların -  Həmkarlar təşkilatı, Yeni Azərbaycan Partiyasının ərazi təşkilatı, Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak və çıxış etmişdir.

Əvvəlcə Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Institutun icraçı direktoru,AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı bildirib ki, xalqımız tarixən çox ağrı-acılı, qanlı-qadalı faciəvi günlər yaşayıb. Bunlardan ən dəhşətlilərindən biri məhz Xocalı soyqırımıdır. 32 il öncə Xocalıda yaşanan bu faciə yalnız bir xalqa qarşı deyil, ümumən insanlığın əleyhinə yönəlmiş bəşəri cinayət idi. Bu gün dünyanın bir sıra dövlətləri Xocalı faciəsini soyqırım faktı kimi rəsmən tanıyıblar. Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması istiqamətində aparılan düzgün və məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bu dövlətlərin siyahısı ilbəil artmaqdadır. Xocalı soyqırımı kimi faciələrin bir daha yaşanmaması üçün hər birimiz bir vətəndaş olaraq dövlətimizin, dövlətçiliyimizin yanında olmalı, onun artan  gücünə öz əməli töhfələrimizi verməliyik.

Daha sonra  İnstitutun ap.e.işçısi Faiq Məmmədov, elmi işçilər İsazadə Aygün, Şıxıyeva Fatma, Cavadova Sevinc  çıxış edərək bildiriblər ki, bu faciə özünü tarixən guya əzilən, yazıq, məzlum bir xalq kimi göstərməyə çalışan ermənilərin əsil milli kimliyini ortaya qoydu. Eyni zamanda ermənilərin son yüz ildə bizə qarşı törətdiyi alçaq cinayətləri bağışlayan, hətta bəzən unudan xalqımız üçün ciddi bir siqnal oldu. Biz kin saxlayan bir millət olmasaq da, faciələrimizi də unutmamalıyıq. Bu faciədə əliyalın insanların qanına bulaşanların cəzalandırılması üçün bütün istiqamətlərdə iş aparılmalıdır. Burada vətəndaş cəmiyyətinin, xüsusən ziyalıların geniş imkanları var. Bu baxımdan beynəlxalq arenada dövlətimiz tərəfindən həyata keçirilən “Xocalıya ədalət” kampaniyası mühüm bir platformadır.  Əlbəttə, o gecə qətl edilən yüzlərlə insanın hələ də ürəyimizi sızladan faciəsi heç zaman yaddaşlardan silinməyəcəkdir. Lakin, təskinliyimiz odur ki, işğal olunmuş torpaqlarımız artıq azaddır və cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: ”Biz Xocalının qisasını döyüş meydanında aldıq!” 

JURNALLAR
Faydalı linklər