Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Avstriyanın Zalsburq şəhərində keçirilən Gənc Kimyaçıların 2-ci Sammitində iştirak etmişlər.
Fev 22, 2024 | 14:39 / Mühüm hadisələr
Oxunub 1791 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları - k.ü.f.d Sevinc Osmanova, dissertant Samirə Süleymanova 14-16 fevral 2024-cü il tarixində Avstriyanın Zalsburq şəhərində keçirilən Gənc Kimyaçıların 2-ci Sammitində  plenar və poster məruzələrlə çıxış etmişlər.

Konfransın məqsədi kimyanın müxtəlif sahələrindən olan alimləri dəvət edərək ən son fundamental və texnoloji tədqiqatların nəticələrini gənc alimlərlə bölüşmək, müasir tədqiqat metodlarına və təcrübəyə əsaslanaraq mümkün birgə tədqiqatların planlaşdırılması, elmi-tədqiqat işlərinin aparılması məqsədilə tələbələr, doktorantlar, universitetlər arasında tərəfdaşlığın daha da genişləndirilməsindən ibarətdir. Konfransda dünyanın müxtəlif ölkələrindən USA, İsveçrə, Almaniya, Portuqaliya, Hindistan, Ukrayna və s. kimyaçı alimlər iştirak etmişlər.

Konfransda Sevinc Osmanova “The effect of the reaction mixture on the surface structure and phase composition of the MnOx-Na2WO4/bentonite catalyst for the reaction of oxidative coupling of methane” mövzusunda məruzə ilə, Samirə Süleymanova “Liquid phase hydroxylation of phenol with hydrogen peroxide catalyzed by Fe-containing mesoporous silica-alumina micro-particles” mövzusunda posterlə çıxış etmişlər.  

Konfrans ərzində müxtəlif dünya ölkələrindən olan alimlərin plenar çıxışları, müxtəlif elmi diskusiyalar, sual-cavablar gənclərin gələcəkdə birgə elmi fəaliyyətləri üçün böyük töhfə olacaqdır.

JURNALLAR
Faydalı linklər