Xəbərlər
İnstitutun «Metal üzvi birləşmələr əsasında nanokatalizatorlar» lab. müdiri, k.e.d. G.Süleymanov və onun əməkdaşları «O-karboksibenzoilferrosenin natrium duzunun alınma üsulu» adlı patenti alıblar
Mart 31, 2017 | 10:00 / Mühüm hadisələr
Oxunub 4939 dəfə

Üsul metal üzvi birləşmələrin  alınması texnologiyası sahəsinə  aiddir. Texnoloji işləmə orqanizmdə dəmir çatışmamazlığı anemiyası xəstəliyi əleyhinə  geniş istifadə edilən dərman preparatının – ferroseronun ekoloji  təmiz üsulla alınmasına həsr olunmuşdur. İşdə bunun üçün petroley efirində, heksakarbonil molibden katalizatorundan istifadə etməklə  40-800C temperatur intervalında  1-6 saat müddətində qarışdırmaqla ftal anhidridinin ferrosenə birləşmə  reaksiyası və sonradan  hidroliz məhlulunun 2-5% NaOH-lə işlənməsi məqsədli  məhsulun 88-92% çıxımla alınmasına imkan vermişdir.

Üsulda istifadə edilən əsas və köməkçi həlledici və reagentlər yerli kimya və neft sənayesi məhsullarından ibarət olmuşdur . 

JURNALLAR
Faydalı linklər